beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təsbih (subhanə-l-lah), təhmid (əl-həmdu lilləh), təhlil (lə iləhə illə-l-llah) və təkbir (Allahu ək

(1)- Peyğəmbər (s.a.v.) demişdir:
«Kim gündə yüz dəfə -( سُبحَانَ اللهِ وبِحَمدِهِ )
"Subhanə-l-lahi va bihəmdihi"
(Allah pak və nöqsansızdır, həmd Ona məxsusdur) desə, günahları, dəryadakı ləpələrin köpüyü qədər çox olsa belə, silinər».

(2)- ( لاَ إلَهَ إلاّ اللهُ وَحَدُهُ لاَ شَرِيكَ لَهُ، لَهُ المُلكُ وَلَهُ الحَمدُ وَهُوَ عَلَى كُلِّ شَيءٍ قَدِيرٍ )
Peyğəmbər (s.a.v.) demişdir: «Kim on dəfə "Lə iləhə illə-l-lah vahdəhu lə şərikə ləh, ləhu-l-mulku va ləhu-l-həmd va huva alə kulli şeyin qadir»
(Allahdan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur, O təkdir, şəriki yoxdur, mülk və həmd Onundur va O, hər şeyə qadirdir) – desə, İsmayıl övladlarından on nəfəri azadlığa buraxmış kimi olur».

(3)-( سُبحَانَ اللهِ وبِحَمدِهِ ، سُبحَانَ اللهِ العظِيم )
Peyğəmbər (s.a.v.) demişdir: «Dilə yüngül, çəkidə ağır gələn və ər-Rəhmana sevimli olan kəlmə bunlardır: "Subhanə-l-lahi va bihəmdihi, subhanə-l-lahi-l-azım"
(Allah pak və nöqsansızdır və həmd Ona məxsusdur, Əzəmətli Allah pak və nöqsansızdır)».

(4)- ( سُبحَانَ اللهِ وَالحمْدُ للهِ وَلاَ إلَهَ إلاّ الله ، وَاللهُ أكْبْرُ )
Peyğəmbər (s.a.v.) demişdir: «Mənim üçün "Subhanə-l-lah, va-l-həmdu lilləh, va lə iləhə illə-l-lah, va-l-lahu əkbər"
(Allah pak və nöqsansızdır, həmd Allaha məxsusdur, Allahdan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur, Allah hər şeydən üstündür, böyükdür) – demək, Günəşin üstünə işıq saldığı hər şeydən əzizdir»

(5)- Peyğəmbər (s.a.v.) demişdir: «Aranızda hər gün min savab qazanmaqda aciz olan kimsə varmı?» Onun yanında oturanlardan biri soruşdu ki, bir adam neçə min savab qazana bilər? Peyğəmbər (s.a.v.) dedi: «Yüz dəfə təsbih edir, ona min savab yazılır, yaxud min günahı silinər».

(6)- ( سُبحَانَ اللهِ وبِحَمدِهِ )
Peyğəmbər (s.a.v.) demişdir: «Kim "Subhanə-l-lahi va bihəmdihi" (Allah pak və nöqsansızdır və həmd Ona məxsusdur) desə onun üçün Cənnətdə bir xurma ağacı əkilər».

(7)- (لاَ حَولَ وَلاَ قُوّةَ إلاَ بِاللهِ )
Abdullah bin Qeysin (Allah ondan razı olsun!) rəvayətinə görə, Peyğəmbər (s.a.v.) demişdir: «Abdulla ibn Qeys! Sənə Cənnətin xəzinələrindən birini göstərimmi?» Abdulla: «İstəyirəm, ey Allahın elçisi!» dedikdə Peyğəmbər (s.a.v.) demişdir: «De ki: "Lə haulə va lə quvvatə illə bi-l-ləh" (Qüvvət ancaq Uca olan Allaha məxsusdur)».

(8)- ( سُبحَانَ اللهِ وَالحمْدُ للهِ وَلاَ إلَهَ إلاّ الله ، وَاللهُ أكْبْرُ )
Peyğəmbər (s.a.v.) demişdir: «Allaha ən əziz olan kəlmələrin sayı dörddür: "Subhanə-l-lah, va-l-həmdu lilləh, va lə iləhə illə-l-lah, va-l-lahu əkbər" (Allah pak və nöqsansızdır, həmd Allaha məxsusdur, Allahdan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur, Allah hər şeydən üstündür və böyükdür). Hansından başlasan, ziyanı olmaz».

(9)- Bir bədəvi Peyğəmbərin (s.a.v.) yanına gəlib deyir: «Mənə bir yaxşı söz öyrət». Peyğəmbər (s.a.v.) deyir: «De ki:
( لاَ إلَهَ إلاَ اللهُ وَحدَهُ لاَشَرِيكَ لَهُ، اللهُ أكبَرُ كَبِيراً، وَالحَمدُ للهِ كَثِيراً سُبحَانَ اللهِ رَبِّ العَالَمِينَ لاَ حَوْلَ وَلاَ قُوّةَ إلاّ بِاللهِ العَزِيز الحَكِيم )
"Lə iləhə illə-l-lah vahdəhu lə şərikə ləh, Allahu əkbər kəbiran, va-l-həmdu lilləhi kəsiran, subhanə-l-lahi rabbi-l-aləmin, lə haulə va lə quvvatə illə bi-l-ləhi-l-azizi-l-hakim" (Allahdan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur, O təkdir, şəriki yoxdur, Allah hər şeydən üstündür və böyükdür, Allahın həmdi hədsizdir, çoxdur, aləmlərin Rəbbi pak və nöqsansızdır, qüvvət ancaq Uca, Qüdrətli və Müdrik olan Allaha məxsusdur)". Bədəvi deyir ki, bu sözlər Rəbbim üçündür, bəs mənim özüm üçün? Peyğəmbər (s.a.v.) deyir: «De ki, ( اللَّهُمَّ اغفِر لِي وارحَمنِي واهْدِني وارزُقنِي )
"Allahummə-ğfirli varhəmni vahdini varzuqni" (Allahım, məni bağışla və mənə rəhm et, məni doğru yola yönəlt, mənə ruzi ver)»

(10)- Birisi islamı qəbul edəndə Peyğəmbər (s.a.v.) ona namaz qılmağı öyrədər, sonra buyurar ki, bu sözlərlə dua etsin: (اللَّهُمَّ اغفِر لِي وارحَمنِي واهْدِني وارزُقنِي )
«Allahummə-ğfirli varhəmni vahdini varzuqni» (Allahım, məni bağışla və mənə rəhm et, məni doğru yola yönəlt, mənə ruzi ver).

(11)- Peyğəmbər (s.a.v.) demişdir: «Ən yaxşı dua
( الحمْدُ للهِ )
"Əl-həmdu lilləh" (Həmd Allaha məxsusdur), ən yaxşı zikr isə
( لاَ إلَهَ إلاّ اللُه )
"Lə iləhə illə-l-lah" (Allahdan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur) zikridir».

(12)- Əbədi olaraq var olub həmişəlik qalacaq yararlı ifadələr bunlardır:
( سُبحَانَ اللهِ، والَحمْدُ للهِ، ولاَ إلَهَ إلاّ اللهُ، واللهُ أكبَرُ، ولاَ حَولَ وَلاَ قُوّةَ إلاّ باللهِ )
«Subhanə-l-lahi» (Allah pak və nöqsansızdır), «Əl-həmdu lilləh» (Həmd Allaha məxsusdur), «Lə iləhə illə-l-lah» (Allahdan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur), «Allahu əkbər» (Allah hər şeydən üstündür, böyükdür), «Lə haulə va lə quvvatə illə bi-l-ləh» (Qüvvət ancaq Uca Allaha məxsusdur).

(1) əl-Buxari, 7/168; Müslim, 4/2071.
(2) əl-Buxari, 7/167; Müslim, 4/2071, buradakı mətn onundur
(3) əl-Buxari, 7/168; Müslim, 4/2072.
(4) Müslim, 4/2072.
(5) Müslim, 4/2073.
(6) ət-Tirmizi, 5/511; əl-Hakim, 1/501. Sonuncu bu hədisin səhih olduğunu demiş, əz-Zəhəbi də onunla razılaşmışdır. Həmç. bax: «Səhih əl-cami», 5/531; ət-Tirmizi, dəqiq. nəşri, 3/160.
(7) əl-Buxari, izahlı nəşri, 11/213; Müslim, 4/2076.
(8) Müslim, 3/1685.
(9) Müslim, 4/2072; Əbu Davudun rəvayətində isə (1/220) bu sözlər də vardır: «Bədəvi çıxıb gedəndə, Peyğəmbər (s.s) dedi: «O, əllərini xeyirlə doldurub getdi», 1/220.
(10) Müslim, 4/2073. Müslimin başqa bir rəvayətinə görə, Peyğəmbər (s.s) sözlərini belə bitirir: «Bu sözlər sənin üçün bu dünyanı və axirətini birləşdirir».
(11) ət-Tirmizi, 5/462; İbn Macə, 2/1249; əl-Hakim, 1/503. Sonuncu bu hədisin səhih olduğunu demiş, əz-Zəhəbi də onunla razılaşmışdır. Bax: «Səhih əl-cami», 1/362.
(12) Əhməd, ¹513 (Əhməd Şakirin etdiyi tərtibə əsasən); isnadı səhihdir. Həmç. bax: «Məcmə əz-zəvaid», 1/297. İbn Hibban və əl-Hakim bunu səhih hesab etmişlər.


Tarix: 06.05.2013 / 18:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 199 Bölmə: Dualar