beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HÜSNÜ ZƏNN

Pis zənnə qapılmaq hələ bilməm ki, nədəndir,
Ət parçasıdır, həm də zəifdir, bu bədəndir,
Dünyanı sevib dərdini zikr eyləmədəndir,
Zənnində xoş əhval, elə halı xoş edəndir,
Dünya ki, qalan deyildir, əlbət ki, gedəndir.

Qəlb içrə bu xəstəlik ki, yer eyləmə zənni,
Şeytan sevinər işlədəcəkdirsə bu fənni,
Zənn xeyli qara fikri edər qəlbə tədənni,
O anda tutar vəlvələlərdən səni nənni,
İstər sala atəşlərə insanı tədənni.

Din qardaşına hüsnü zəndə olmağı borcun bil,
Gözəl şeylər düşünməyi beyninçün orucun bil,
Qəlbi kindən ayırmağın şeytana vuruşun , bil,
Kin olanda məşğul olar namaza duruşun , bil,
Tək Allaha qul olmaqdır ləzzəti bir qulun, bil!....


----------
ABDUSSALAM SAHİB


Tarix: 09.05.2013 / 12:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 369 Bölmə: Dini Şe`rlər