Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

OLMAZMI Kİ!?

Böhtanı məqbul kimsələr ar eyləsə olmazmı ki!?
Şeytana təhkim örünü dar eyləsə olmazmı ki!?

Allaha təslim olmağın İslamı olsaydı əgər,
İslamdakı təslimliyin var eyləsə olmazmı ki!?

Bir səcdəni ar bildiyindən səcdə etməz Allaha,
Eşqi-sücudu qəlbə təkrar eyləsə olmazmı ki!?

İslamə zidd hər xətti təsdiq eyləyən pak qəlblilər,
İslamə zidd bir xətti inkar eyləsə olmazmı ki!?

Beş-altı ev yapmış həci bir də baxa ətrafına,
İmkansıza əl tutsa, zəvvar eyləsə olmazmı ki!?

İfrat ilə təfrit üçün şövq eyləyər insan tamam,
Bir orta yollu fəhmi miqdar eyləsə olmazmı ki!?

Nəfsi üçün duasına səbr eyləməz gündüz-gecə,
Dua edən duadə israr eyləsə olmazmı ki!?

"Bunlar gözəldir" söyləyib, qatdın gözəl İslamıma,
"Hacət deyildir bunlar" iqrar eyləsə olmazmı ki!?

Hər bir əlavə iş olan naqisliyə nisbət gedir,
"Hacət deyil ziyadə", təkrar eyləsə olmazmı ki!?

Xəlq oldu, naqisdir canın, naqislərə söz artırın,
Artırma kamil sözdə, əfkar eyləsə olmazmı ki!?

---------------
SAHİB ƏBDÜSSƏLAM


Tarix: 09.05.2013 / 13:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 296 Bölmə: Dini Şe`rlər
loading...