Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MÜRƏBBE (zina)

Xırda günah utandırır, hətta bir aşkar olan,
Zənn edir ki, pünhandır günahı zinakar olan,
Həya azdır, ya heç yoxdur dalar günahkar olan,
Zinadır o, əvvəli xoş, axırı murdar olan.

Bil ki, heç vaxt şeytan günahına« pisdir» deməz,
Zinanı çox sevdirər ki, zani də heç çəkinməz,
İyrənər o axırda günahından bunu bilməz,
Zinadır o, əvvəli xoş, axırı murdar olan.

Zinadan uzaq vücud, paklığı vardır hələ də,
O zina eyləyən ən pis yola düşmüş tələdə,
Tövbədir paklığın yolu birinci mərhələdə,
Zinadır o, əvvəli xoş, axırı murdar olan.

-----------
ABDUSSALAM SAHİB


Tarix: 09.05.2013 / 13:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 346 Bölmə: Dini Şe`rlər
loading...