Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qızına Nəsihət (Şeir)

Ay mənim örtülü hicablı qızım,
Tutqun gecələrdə parlaq ulduzum,
İstərdim səninçün nəsihət yazım,
Sən Allahdan çəkin, ondan qorx qızım.

Sən gülün qönçəsi hicab ləçəyin,
Sənə bənzəri var gülün çiçəyin,
Hicab iffətidir sən tək qönçənin,
Sən Allahdan çəkin, ondan qorx qızım.

Deyirsən tənə ilə qarı deyirlər,
Saçlarını boya sarı deyirlər,
Ən azı şalvar gey barı deyirlər,
Sən Allahdan çəkin, ondan qorx qızım.

Soruşdum bəs nədən işlər nataraz,
Hamı açıq-saçıq, hicablılar az ?
Aşkarda çox olan qiymətli olmaz,
Sən Allahdan çəkin, ondan qorx qızım.

Diqqət et daş-kəsək hər yerdə olar,
Qiymətli cəvahir gizlində qalar,
Dünya asilərlə şeytanla dolar,
Sən Allahdan çəkin, ondan qorx qızım.




MURAD MURADLI


Tarix: 09.05.2013 / 13:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 438 Bölmə: Dini Şe`rlər
loading...