beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

LAYİQ OLANLAR

Cənnət qazanar hamı deyil, layiq olanlar,
Dəvətdə zəfər əhlidir o natiq olanlar.

Allah dilinə hikməti vermişsə, bir qulun,
Dəvət eləyər Haqq yoluna aşiq olanlar.

Zalimlərin xoş əməli deyil ki, salehlik,
Mömin halıyla vəsf olursa, sadiq olanlar.

Hardan qazanar axirəti böylə adamlar,
Həm saleh əməldən gecikib sabiq olanlar.

Düz yoldadır sadiq olan, məsuliyyətli kəs,
Səbr ilə məsuliyyətə müvafiq olanlar!

Hər bir vəziyyətdə durar xeyrin qapısında,
Cənnətdə nəbilər yanında «siddiq olanlar.»

Əcr ilə dolu işləri vaxtında görərlər,
Saleh işi vaxtında görüb dəqiq olanlar.

Hər bir zamanda olub nifaq əhli, fitnəkar,
Müslimlərə fitnə salar münafiq olanlar.

---------------
ABDUSSALAM SAHİB


Tarix: 09.05.2013 / 12:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 412 Bölmə: Dini Şe`rlər