beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QİYMƏTLİ TUT !

Ey qafil, itirmə vaxtı, zamanı qiymətli tut!
Allah üçün yaşa ömrü, bu canı hörmətli tut!

Müasir idealların qüsurludur, nə ibrət?
Fəxri-aləm rəsulu, o insanı ibrətli tut!

Nəfsin sərkeşlik edən bir at kimidir,boş tutma,
Nəfsində tez-tez yaranan nöqsanı diqqətli tut.

Qəlbində təmizlik varsa, şeytan qaraltmaq istər,
Onsuz da lənətlidir, şeytanı lənətli tut.

Səlim qəlblə bu mühitdə yaşamaq istəyirsən,
Xoş axirət istərsənsə, dünyanı taətli tut!

Ləzzətlər doludur hər yan, halal ləzzəti axtar,
Əsas ruhun həyatıdır, cismanı sərvətli tut!

Boş qəlb boş evə bənzər ki, həşəratlar gəzərlər,
Cənnət eşqi sinədə tut, hicranı iffətli tut.

Alçalmış şeytan ucalmaq istəyir, yoxdur çarə,
O müsəlman surətində ünvanı rəğbətli tut!

Həya böyük bir nemətdir, günahlara da pərdə,
Nəfs hər yana meyl edəndir, nəfsini ismətli tut.

Xeyir sənətini öyrən salehlərdən, əlbəttə,
Qəlbi səlim olanla ol, qəlbini fitrətli tut!


---------------
ABDUSSALAM SAHİB


Tarix: 09.05.2013 / 12:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 379 Bölmə: Dini Şe`rlər