beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Axmaq olmadığın müddətcə səmimi olmaq çox təhlükəlidir

İnsanların 2 faizi düşünür, 3 faizi düşündüyünü güman edir, 95 faizi isə düşünməkdənsə, ölməyi üstün tutur.

Ağıllı adam ağılından, daha ağıllı adam başqalarının da ağılından istifadə edər.

Düşünən qadın – haqqında düşünülməyən qadındır.

Bitmiş sevgini dostluqla ləkələməzlər.

Kimisə sevmək onu daim başqası ilə müqayisə etmək deməkdir.

Alkoqol – həyat adlı əməliyyatda istifadə edilən anesteziyadır (narkoz).

Səhvlərlə dolu həyat, heç nə etmədən keçən həyatdan daha şərəflidir.

Adəmi həmişə qınayırdım ki, qadının sözünə uyub alma dərib...Amma indi düşünürəm ki, mən olsaydım, sahibi arxasını çevirəndə ağacdakı bütün almaları tezbazar udardım.

Oğru oğurluq edən deyil, həbs olunandır.

Azadlıq – məsuliyyətdir. Ona görə də, çox az adam buna can atır.

Mənim zarafat tərzim doğrunu söyləməkdir. Doğru dünyadakı ən gülməli zarafatdır.

Bəyənmədiyiniz şeyləri alqışlamaq, yalan danışmağın növlərindən biridir.

Atdığınız yumruğa cavab verməyən adamdan çəkinin: O, həm sizi bağışlamaz, həm də özünüzü bağışlamanıza imkan verməz.

Məlumat pula bənzər, qazandıqca ehtirasa çevrilər, ancaq yaxşı ehtirasa.

Heyvanlar mənim yoldaşlarımdır və mən yoldaşlarımı yeyə bilmərəm.

Diş ağrısı çəkənlər dişləri möhkəm olanları; yoxsulluq çəkənlər də pulu çox olanları xoşbəxt sanarlar.

Kişinin də, qadının da tərbiyəsi bir-birləri ilə mübahisə edəndə müəyyənləşər.

Özünə arzuladığını başqasına arzulama. Bəlkə onun zövqü başqadır.

Ozunə arzuladıgını başqasına arzulama. Bəlkə onun zovqu başqadır.
Səhv — siçan dəliyindən keçər, düzgünlük isə qapılara sığmaz.

Uşaqlarınıza dərs vermək istəyirsinizsə özünüzü nümunə göstərin. Amma sizin kimi olmaları üçün deyil, sizin kimi olmamağı üçün.

Bütün zəkamı, qabiliyyətimi, şöhrətimi, əsərlərimi axşam evə vaxtında gəlib-gəlməyəcəyimlə maraqlanan qadın üçün fəda edə bilərəm.

Əylənməyi bacaran adamların pulu olmur, pulu olanlar da əylənməyi bacarmır.

Patriotizm – idotizmin dağıdıcı və psixopat formasıdır.

Qadınlar ona kimlə xəyanət edə biləcəyimiz adamı o dəqiqə anlayırlar. Hətta bu, bizim ağlımızdan keçməmişdən də qabaq.

Axmaq olmadığın müddətcə səmimi olmaq çox təhlükəlidir.


Tarix: 10.12.2014 / 15:52 Müəllif: Aziza Baxılıb: 132 Bölmə: Dahilerin sözleri