beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Konfutsidən gözəl sözlər

1. Bir yerdə kiçik insanların böyük kölgələri varsa, o yerdə Günəş batır, deməkdir.

2. Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil.

3. Öyrətmək iki dəfə öyrənmək deməkdir.

4. Oxudum unutdum, gördüm xatırladım, etdim öyrəndim.

5. Nə axtardığını bilməyən, tapdığını anlaya bilməz.

6. Bir insana yaxşılıq etmək istəyirsənsə ona balıq vermə, balıq tutmağı öyrət.

7. Almaz yonulmazsa, insan yanılmazsa mükəmməlləşməz

8. Ağıllı insan heç kimlə yarışmaz, beləcə, heç kim onla yarışa bilməz.

9. Kiçik üstünlüklərin arxası ilə qaçarkən, böyük uğurları qaçıra bilərsiniz.

10. İnsanların ümidləriylə oynama, bəlkə də tək sahib olduqları şey odur.

11. Ac mədənin cəzasını yorğun ayaqlar çəkər.

12. Hər şey bir gözəlliyə malikdir, lakin bunu hər kəs görməz.

13. Heç kim uğur nərdivanını əlləri cibində çıxmayıb.

14. Əgər qüsurların varsa, onlardan xilas olmağa çalışmalısan və bundan qorxmamalısan.

15. Düşünmədən öyrənmək faydasız, öyrənmədən düşünmə təhlükəlidir.

16. Dərin olan quyu deyil, qısa olan ipdir.

17. Sözlərin gücünü anlamadan, insanların gücünü anlaya bilməzsən.

18. Danışmağa dəyər insanlarla danışmazsan insanları, danışmağa dəyməz insanlarla danışmazsan sözləri itirərsən. Sən elə biri ol ki nə insanları nə də sözləri itir…

19. Bu gün gələcəyini düşünməyən sabah onun əzabını çəkər.

20. Özünü idarə edən insan başqalarını da idarə edər.


Tarix: 10.12.2014 / 15:35 Müəllif: Aziza Baxılıb: 115 Bölmə: Dahilerin sözleri