Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hazırcavab Sözlər

Sokrat ölümə məhkum edildiyində, yoldaşı:
- Haqsız yerə öldürülürsən, deyə ağlamaya başlayınca, Sokrat:
- Nə yəni, bir də haqlı yerə mi öldürülsəydim?...


***


Sultan Alparslan 27 min əsgəriylə Bizans torpaqlarında irəliləyərkən, kəşfə göndərdiyi əsgərlərdən biri önünə gəlib təlaşla:
- 300 minlik düşmən ordusu bizə doğru yaxınlaşır, dedi.
Alparslan heç əhəmiyyət verməyərək belə deyər:
- Biz də onlara yaxınlaşırıq


***


Bir filosofdan soruşmuşlar:
- Şansa inanarsınızmı?
Filosof:
- Bəli, yoxsa sevmədiyim insanların müvəffəqiyyətini necə açıqlayardım


***


Sultan Səlim, bir çox Osmanlı padşahı kimi səfərə çıxacağı yerləri gizli saxlayarmış.Bir səfər sırasında, vəzirlərindən biri israrla səfərin ediləcəyi ölkəni soruşduqda Sultan ona:
- Sən sirr saxlamağı bilirsənmi? deyə soruşmuş.Vəzir:
- Bəli hökmdarım, bilirəm! dediyində, Sultan cavabı yerindəcə vermiş
- Mən də bilirəm!


***


Bir yığıncaqda bir gənc, M.Akifi alçaltmaq üçün:
- Bağışlayın, siz baytarsınızmı? demiş. M.Akif heç halını pozmadan bu cavabı vermiş:
- Bəli, bir yerinizmi ağrıyır?


***


Bir həkim spirtsiz pivə içə bilərmi? deyə soruşan xəstəsinə, Nəsrəddin müəllimin
bir lətifəsi ilə cavab vermiş:
"Birisi, Nəsrəddin müəllimə:
--Tualetdə bir şey yemək olarmı? deyə soruşduqda, müəllim:
--Olar, demiş.Amma içəridə başqa bir şey yediyini zənn etsələr,nə
deyəcəksən?


***


İmamı Əzəm həzrətləri, üzərinə doğru gəlməkdə olan bir heyvana yol verərək
kənara çəkildiyində, yanındakılar niyə belə etdiyini soruşmuşlar.
Həzrət, düşünmədən cavab vermiş
- Onun buynuzları var, mənim isə ağılım


***


Şagird;
- "İnsan, meymunun inkişaf etmiş şəklidir" deyirlər.Nə deyərsiniz?
Seyid Əhməd cavab vermiş.
- O məntiqə görə çinar ağacı da cəfərinin inkişaf etmiş şəklidir

***

Bir Fransız yazıçı, Mehmet Akif-ə:
- Qadınlarınızı evden çıxartmadığınız doğru mu? deyə soruşarkən Akif:
- Əvvəllər elə idi.Sonralar çıxardıq amma indi heç cür içəri sala bilmirik


***


Dünya nemətlərinə əhəmiyyət verməyən yaşayış və fəlsəfəsiylə məşhur olan filosof Diagen,bir gün çox dar bir küçədə zənginliyindən başqa heç bir şeyi olmayan qürurlu bir adamla qarsılaşar.İkisindən biri kənara çəkilmədikcə keçmək qeyri-mümkündür.Məğrur zəngin, filosofa:
- Mən bir avaranın qarşısında kənara çəkilmərəm.
Diyagen kənara çəkilərək, çox sakit bu cavabı verər:
- Mən çəkilərəm


***


Qulaqlarının böyüklüyü ilə məşhur Galileyə rəqiblərindən biri:
- Qulaqlarınız bir insan üçün böyük deyilmi?
Galiley cavablandırmış:
-Doğru, mənim qulaqlarım bir insan üçün böyük amma səninkilər bir eşşək üçün çox kiçik sayılmazmı?


***


Komediyaçı Eddie Cortar-a,
-Xəstələnincə nə etmək lazımdır? deyə soruşulduğunda:
-Mütləq həkimə gedin demiş.Çünki həkimin yaşamağı lazımdır.Verdiyi dərmanı da alın, çünki dərman satanların da yaşaması lazımdır.Lakin dərmanları əsla içməyə çalışmayın, çünki sizin də yaşamağınız lazımdır...


Tarix: 19.11.2013 / 04:01 Müəllif: Akhundoff Baxılıb: 177 Bölmə: Dahilerin sözleri
loading...