beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qızıl gül cemi resepti (Fars mətbəxi)

Tərkibi:
2 stəkan su
1 stəkan şəkər tozu
1 stəkan qurudulmuş qızıl gül ləçəkləri
1/4 stəkan qızıl gül suyu
1/4 stəkan qoz ləpəsi

Hazırlanması:
1. İnqredientlər hazırlanır.


2. Bu çox sadə reseptdir. Əsas burada hansı növ qızıl gül ləçəklərindən istifadə edildiyidir. Bizim reseptdə "Golchin" qızılgül butonları istifadə edilir. Şəkər tozu ilə su qarışdırılıb qaynama həddinə gətirilir. Təqribi 15 dəqiqə çəkir.


3. Əsas ideya ondan ibarətdir ki, şəkərli su qatılaşsın. Əgər o qatı olmasa, o zaman cem tez xarab olar.


4. Qızıl gül ləçəkləri yüngülcə qarışdırılaraq tavada qızardılır.


5. Sirop hazır olan kimi ona gül ləçəkləri əlavə edilir (tavanın dibindəki gül qırıntıları isə atılır).


6. Üzərinə qızıl gül suyu əlavə edilib qarışdırılır və az odda bir neçə dəqiqə qaynadılır.


7. Qoz ləpələri azacıq tavada qovrulur, sonra isə əzilir.


8. Ləpələr nə çox balaca nə də çox böyük olmalıdırlar.


9. Ləpələr qazandaki gül ləçəklərinə əlavə edilir və yaxşıca qarışdırılır. Qaz söndürülür.


10. Sonra qazanın qapağına mətbəx dəsmalı bağlanır və qazanın ağzı örtülür. Bu onun üçün edilir ki, çıxan par cemin üzərinə qayıtmasın və dəsmal o parı özünə çəksin.


11. Otaq temperaturuna çatanda cemi bankaya doldurub soyuducuya qoymaq olar. Və artıq istifadəyə hazır hesab edilir.


12. Bankanın üzərini güllü bəzəkli parça ilə bağlayıb həmçinin kiməsə hədiyyə vermək olar.




Nuş olsun!


Tarix: 29.11.2014 / 13:32 Müəllif: Aziza Baxılıb: 59 Bölmə: Dünya mətbəxi