beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HİV/AİDS-DEN QORUNMA ÜSULLARI

HİV/AİDS pandemiyası etrafında baş verenlere reğmen virusun bir zeif terefi de var -ondan çox asanlıqla qorunmaq olar. En vacib olan – insanın özünün etdiyi seçimlerdir. Bele ki, qorunmanın vacib olmasını anlayan insan neinki düzgün qerarlara gelerek özüne göre mesuliyyet daşıyır, hem de etrafdakılara da bunu anladır ve bununla başqalarını da yoluxmadan qoruyur. HİV/AİDS ve ondan qorunma mövzusunda aparılan maariflendirme bu bela ile mübarizede esas yeri tutur. Susma ve problemden qaçma infeksiyanın tez ve maneesiz yayılması üçün en yaxşı şerait yaradır. Cinsi heyata kamil dövrde başlamalı! HİV/AİDS -in qarşısının alınmasının en yaxşı yolu – yeniyetmeler ve gencler arasında seksual heyata gec – kamillik dövründe başlamanın tedrisidir. Bele ki, bu dövrde insan artıq cinsi heyatın tehlükeli terefi haqqında – cinsi yolla keçen xestelikler, o cümleden HİV/AİDS haqqında melumatlanmış ve onun boynuna düşen mesuliyyeti derk etmiş olur. Aile adeten kamillik dövründe qurulduğu üçün ilk cinsi heyata da aile qurulduqdan sonra başlamaq meslehet görülür. Cinsi heyatı bir partyorla yaşamalı. Eger her iki teref öz partnyoruna sadiq qalırsa bu zaman cinsi elaqe yolu ile infeksiyaya tutulmaq problemi aradan qalxır. Probleme bele yanaşma hem de aileni (nigahı) qoruyur. Tehlükesiz cinsi elaqe – Prezervativ (condom) – bu haqda ayrıca söhbetimiz olacaq Qan köçürme Bir çox ölkelerde köçürme üçün götürülen qan HİV-ye yoxlanılır. Lakin bezi klinikalarda, tecili hallarda qan yoxlanılmadan, donordan birbaşa resipiente köçürülür. Bu halda yoluxma ehtimalı çox yüksek olur. İyne, şprits ve diger tibbi aletler Artıq istifade olunmuş iyne, şprits ve diger tibbi aletlerden istifade etmeyin; Bir defe istifade olunan aleti tekraren başqası üçün istifade etmemişden evvel 20 deqiqe qaynayan suda saxlayın; Bundan elave, manikür aletleri – sterilleşdirilmiş, ülgücler – birdefelik olmalıdır. Tatu, iyneterapiya ve pirsing etdikde elatlerin steril ve ya birdefelik olmasına fikir verilmelidir. Qaynaq: UNICEF


Tarix: 19.11.2013 / 02:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 364 Bölmə: Cinsel Bilgiler