beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Erek Ton nədir?

Yaxın vaxtlara qədər belə hesab olunurdu ki, impotensiya və normal kişi bir-birinə uyğun olmayan anlayışlardır. İndi hamı başa düşür ki, impotensiya – ciddi patologiyadır və demək olar ki, insanlığın güclü yarısının hamısı bununla qarşılaşa bilər.
Kişi cins üzvündə ereksiyanın olmaması cinsi aktın baş tutmasına gətirir və impotensiya adlanır. Çox vaxt bu patoloji vəziyyət arzu (libido) və orqazmın yoxluğuna, sürətli toxumaxıtmaya (bu cinsi həyatı keyfiyyət və kəmiyyət baxımından aşağı salır) gətirir və kişinin psixi, emosional statusuna, səxsi və ailə münasibətlərinə xələl gətirir.

Uzun müddət ereksiyanın gücü və müddəti ilə bağlı həkimə müraciət edən kişilərin hamısına “impotensiya” diaqnozu qoyulurdu. Lakin patsientlərin böyük əksəriyyətində sadəcə olaraq ereksiyanın gücü çatmır ki, normal cinsi akt baş versin. Bundan əlavə, məlum oldu ki, ereksiyası aşağı keyfiyyətli olan kişilərin sayı ereksiyası heç olmayan kişilərdən qat-qat çoxdur. Ona görə də indi daha çox “erektil disfunksiya”- ereksiyanın pozulması terminindən istifadə olunur, impotensiya isə sadəcə olaraq bu pozulmaların son dərəcəsidir.

Normal ereksiyanın heç olmadığı hala birincili, əvvəllər olduğu hala isə ikincili impotensiya deyilir. Hesab olunurdu ki, cinsi funksiya zaman keçdikcə azalmalıdır. Əslində bu belə deyil. Erektil disfunksiya törədən xəstəliklər olmadıqda kişilər keyfiyyətli cinsi həyatı 50 və 60 yaşında da yaşaya bilərlər.

Əvvəllər hesab olunurdu ki, impotensiyanın əsas səbəbləri psixoloji və ya cinsi hormonlar mübadiləsinin pozulması problemləri ilə bağlıdır. İndi isə aydındır ki, psixoloji faktorlar xəstəliyin inkişafına səbəb olsalar da, əsas səbəb ereksiya mexanizmində üzvi dəyişikliklərdir.

İmpotensiya və erektil disfunksiyanın əsas səbəbləri son nəticələrə görə bunlardır:

• Psixi: depressiya, stress.
• Əsəbi: zədələr, fəqərəarası disklərin(discus intervertebralis) zədələnməsi, skleroz, alkoqolun həddən artıq qəbulu, çanaq üzvlərində əməliyyatlar.
• Arterial: hipertoniya, siqaret çəkmək, diabet.
• Venoz: cinsi üzvdən gələn qanı məhdudlaşdıran mexanizmin zədələnməsi.
• Dərmanlar: təzyiq salan preparatların qəbulu, hormonal antidepressantlar

Normal seksual funksiyanı rasional qidalanma və məşqlərlə təmin etmək olar, lakin bu vasitələr hər zaman özünü doğrultmur. Bunun üçün Sizə cinsi problemlərin həlli üçün bioloji aktiv əlavə təklif olunur. Erek Ton 100% təbii, ekoloji təmiz kompleks bir vasitədir.
Erek Ton cinsi funksiyanı normallaşdırır, kişi reproduktiv orqanlarında qan dövranını artırır, dözümlüyü və libidonu yüksəldir.
ErekTon tərkibinə daxil olan müalicəvi bitkilər müxtəlif səbəblərdən yaranan impotensiyanın müalicəsində istifadə olunur.
ErekTon tərkibinə daxil olan komponentlər orqanizm üçün vacib olan xassələrə malikdirlər, cinsi potensiyanı gücləndirir, cinsi aktın müddətini uzadır, yorğunluq hissini aradan qaldırır, orqanizmin ümumi tonusunu artırır, qaraciyər və böyrəyin funksiyalarını yaxşılaşdırır. Preparat həm qadınlar, həm də kişilər tərəfindən istifadə oluna bilər.
Extractum Ginsenq siccum adaptogen və ümumi möhkəmləndirici təsir göstərir. Jenşen kökü tonuslandırıcı təsir göstərir. Jenşen qanda şəkərin və xolesterinin miqdarını aşağı salır, yuxusuzluq, cinsi zəiflik zamanı, immunitetin möhkəmləndirilməsi üçün, tez yorulma, vitamin və mineral çatişmamazlığı zamanı, antioksidant kimi istifadə olunur.

Kişilər 2-3 gün ərzində 2 kapsuldan cinsi aktdan əvvəl (20-30dəq.) gündə bir dəfə isti su ilə qəbul olunur.
Cinsi funksiyanın ciddi pozulmaları zamanı (3-4 ayda 1 cinsi akt ) dərmanın 18-24 kapsulunu qəbul etdikdən sonra ereksiya 2-3 gündən 1 dəfəyə qədər tezləşir.
Qadınların cinsi disfunksiyası zamanı preparat cinsi aktdan əvvəl, 1-2 kapsuldan gündə 1 dəfə qəbul olunmalıdır. Preparat 24 saat ərzində təsirini saxlayır.
Preparat yeməkdən 1 saat tez olmamaq şərtilə qəbul olunmalıdır.
Müalicəni ildə 2-3 dəfə təkrarlamaq mümkündür.


Tarix: 16.01.2015 / 10:59 Müəllif: Aziza Baxılıb: 199 Bölmə: Cinsəl sağlamlıq