beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nece adam sevdi Seni?

Neçə adam sevdi səni mənim kimi?
Neçə adam yolunu müşahidə etdi uzaqlardan?
Səs etmədən, bir qıraqda,
bir varmış bir yoxmuş kimi dayandı

Love is Fine - II
İllər var ki; mən yuxularımda belə xəyalinlə
qovruldum da bildirmədim sənə. Nəfəsim tutuldu,
hisslərim və gözlədilmiş sözlərim içimə axdı da
səni sevdiyimi söyləyə bilmədim. Kədərlənmə istədim,
darıxma istədim. Lakin mən uzaqdan da sevərdim səni,
çox uzaqdan da… Başımı yastığa hər qoyduğumda
"bir quş olsam da o könül köşkünə qonsam" deyərdim.
Dedim də… Dözərdim varlığında yoxluğuna… Dözdüm də…
Love is Fine - II

Amma dilədim… Sənə toxunmağı da dilədim Allahdan.
Dualarımda adını andım, yuxularıma dəvət etdim səni
mənim gördüyüm üzlərinlə. Səsini mahnı saxlayıb,
dinlədim gün-gecə. Qarşıma gələn xəyalina danışdım
çox vaxt çarəsizcə. İzah etdim dərdimi, zahiri sənə şikayət etdim.
Baxdığım bütün aynalarda səni görürkən yoxluğa
qarışmağını istəmədim. Buna görə "getmə uzaqlara,
pisliyə qoşulma" dedim. Səsimi ən gözəl hərflərlə
bəzədim də sən məni nə eşitdin nə başa düşdün.
Aramızda tək tərəfli hüququ yıxdın,
yuxularımdan da çıxdın bir gün.
Və bir daha gəlmədin…
Love is Fine - II
İndi hardasan, nə etməkdəsən,
hansı yuxularda yaşamaqdasan bilmirəm…
Halbuki mən yenə buraxdığın yerlərdə
tək başıma gəzişirəm. Nə qədər istəsəm də
unutmağı, nə qədər "həyat davam edir" desəm
də bir addım irəli gedə bilmədim. Ürəyimə,
ağlıma söz keçirə bilmədim. Ovuda bilmədim
biryanı qırıq, biryanı yanıq könlümü.
Sənə dair gizli bir ümid içimi gəmirərkən başqa
üzlərə baxa bilmədim. Yalnız səni mənə xatırladan
izlərin ardında qalanlara gülümsədim.
Love is Fine - II
Bu gün də elə oldu. Səni xatırlayaraq başladım günə,
sənin xəyalinlə axşam etdim. Sabah da elə olacaq,
ondan sonrakı günlər də… Yəni səni sevərək keçəcək zaman,
səni arzulayaraq…


Tarix: 03.12.2014 / 18:55 Müəllif: Aziza Baxılıb: 206 Bölmə: Burcler haqqinda çox şey