beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nigahların uyğunluğu haqqında (VI hissə)

Kişi Tərəzi – qadın Qoç
Təmkinli, qəşəng, sağlam düşüncəli Tərəzi həssas və sadəlövh Qoçu özünə cəlb edib yoldan çıxaracaq. Bu nigah əksliklərin güclü mübarizəsidir.

Kişi Tərəzi – qadın Buğa
Ümumi cəhətlər çoxdur bu bürclərdə. Lakin qadını ərinin ədabazlığı və himayəçiliyi razı salmayacaq. Bu nigahı ər-arvadın cəmiyyətdə mövqeyi, birgə fəaliyyəti xilas edə bilər.

Kişi Tərəzi – qadın Əkizlər
Ər ailədə qayda – qanunun və qarşılıqlı anlaşmanın təminatçısı olacaq. Nəzakətlə, dönmədən qadınını lazım bildiyi səmtə yönəldən ər, azadlıq xülyası yaradaraq, əslində qadınını gizlicə idarə edəcək. Əkizlər yaxşı ana və tərbiyəçidirlər. Bu qadın ərinə yaxşı yoldaş və arxadaşdır.

Kişi Tərəzi – qadın Xərçəng
Nigah o zaman mümkündür ki, ər və arvad ailədə öz vəzifələrini dəyişmiş olsunlar. Buna baxmayaraq hər iksi üçün bir prinsip var: Sən sənsən, mən də mənəm.

Kişi Tərəzi – qadın Şir
Bu şahanə Şirlə , hər şeyi ölçüb biçən Tərəzinin nigahıdır. Onları təmtəraq, sədaqət və sakit həyat gözləyir. Bu nigah Şir bürcü üçün ən əlverişli nigahdır.

Kişi Tərəzi – qadın Qız
Münasib nigahdır. Hər ikisi sakit həyata, rahatlığa və xoş güzərana can atır . Bir birini tamamlayan cütlüklərdir.

Kişi Tərəzi – qadın Tərəzi
Eyni bürc olsalar da müxtəlif tipə mənsubdurlarsa nigah əlverişli ola bilər. Əks halda həm tərəf müqabil, həm də rəqib kimi olacaqlar.

Kişi Tərəzi – qadın Əqrəb
Ər arvadın üsyankar təbiətini yumşaltsa belə bu nigah məsləhət görülmür. Tərəzinin yungül xasiyyəti qadının xoşuna gəlməyəcək, qadının ehtiraslılığı da kişini qorxudacaq. Bu ailəni bəlkə uşaqlar qoruyub saxlaya bilər.

Kişi Tərəzi – qadın Oxatan
Qarşılıqlı hörmət əsasında yaranan bu nigahda ər-arvad bir – birinə kömək edərək fəal surətdə həm ailədə, həm də cəmiyyətdə mövqe tuta biləcəklər.

Kişi Tərəzi – qadın Oğlaq
Qadının xasiyyətindəki sərbəstlik, ailədə qayda – qanunu sevən kişinin xoşuna gəlməyəcək. Məhəbbətdən başqa hər şeydə ümumi dil tapacaq bu cütlüyun nigahı uğur qazana biləcək.

Kişi Tərəzi – qadın Dolça
Çox xoşbəxt nigahdır. Suyuşirin, gözəl, zərif qadın ağıllı ərini özünə cəlb edəcək. Belə ailələrdə yaxşı uşaqlar doğulur.

Kişi Tərəzi – qadın Balıqlar
Qarşılıqlı rəğbətləri olsa da fiziki cəhətdən elə də uyğun deyillər. Hərdəmxəyal Balıqların xasiyyəti kişiyə, ciddi və rəsmiyyətçi ər də qadına xoş gəlməyəcək.


Tarix: 24.11.2014 / 15:39 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: Burcler haqqinda çox şey