beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hansi burcler daha cox yalan danisir...

Qoç
Yalan danışmağı sevməyən və bacara bilməyən qoçların, yalan danışdığından şübhələnsəniz bir az üzərinə getmək ilə hər şeyi həll edərsiniz. Çünki onların, nə müdafiə edəcək, nə də dayanıb uzun - uzun hazırlayacaq vaxtları vardır.

Buğa
Hər zaman lüks həyata və pula düşkün olan buğaların, zəif nöqtələri budur. Əgər onlara "Pulun var?" deyə soruşsanız alacağınız cavab "Xeyr" olacaq. Amma mütləq kənarda pulları vardır və sizi bu mövzuda aldatmağa çalışırlar. Diqqət edin!

Əkizlər
Yalanını yaxalamanın ən çətin olduğu bürclərdən biridir . Çünki razısalma qabiliyyətləri olduqca yüksəkdir. Yalanları ilə qarşılaşdığınızda isə yaratdıqları hekayələr ilə sizi çaşdıracaqlar. Bu qədər inandırıcı ola bilmələri sizi qorxuda bilər.

Xərçəng
Yalanı, yalnız vəziyyəti daha yaxşıya çevirəcəyi üçün istifadə etməyi düşünən xərçənglər, yalanlarının bunu etmədiyini, hətta daha da pisləşdirdiyini görüncə özləri də kədərlənərlər. Nəticə olaraq narahat edici gerçəklər çox yaxında ortaya çıxar.

Şir
Yalanı əyləncəyə qatqı olaraq görən şirlər üçün hekayəni qurmaq və oynamaq olduqca əhəmiyyətlidir. Siz dinlədikcə, o inkişaf etdirəcək və dəyişdirəcək. Sizə də yalnız alqışlamaq və nəfəssiz izləmək qalacaq.

Qız
Yalanı ən az sevən bürclərdən biridir. Buna görə dediyi yalanlar ümumi etibarı ilə doğruya yaxın yalanlardır. Ya doğrunu yüngülləşdirib saxlayıb, yalan danışarlar ya da çox əlaqəsiz mövzularda yalanlar deyərlər, həqiqətən uzaqlaşarlar.

Tərəzi
Yalan danışma mövzusunda qabiliyyətli olan tərəzilər, sizə yalan danışarkən onları yaxalamaqda çətinlik çəkəcəksiniz, çünki simpatik quruluşu və gülən gözləri səbəbiylə ondan belə şeylər gözləməyib, yanılacaqsınız.

Əqrəb
Yalan danışmaq istəməyib də müraciət etmək məcburiyyətində qalan əqrəblər, ümumi etibarı ilə ən çox cinsəllik haqqında yalan danışarlar. Bacarmaq üçün əllərindən gələni edərlər, lakin tez də ortaya çıxarlar. Vəziyyətləri ümumiyyətlə qərarsızdır.

Oxatan
Yalan danışmağı sevməyən və hətta sərt dürüstlükləri ilə tanınan oxatanlar, yalan danışdıqlarında ortadan yox olmağı sevərlər. Əslində dedikləri yalanların da böyük əksəriyyəti doğruları işarə edər.

Oğlaq
Əgər oğlaqlar sizə yalan danışdısa, onsuzda özü də bundan narahat olar. Buna görə yalanını təsbit etmənizi asanlaşdırar.

Dolça
Dolçalar ümumi etibarı ilə gələcəyə dair yalanlar deyərlər. Təxmin etdikıəri ya da öz adına planlar edərkən dediyi yalanlar da haradasa qüsursuzdur, çünki yaradıcılıqları olduqca genişdir.

Balıq
Yalan danışmağa ancaq başqalarının yaxşılığı adına müraciət edən balıqların, bu düşüncələri qarşısında əsəbiləşsəniz də ona üzə vura bilməzsiniz, çünki bu vəziyyətin sizin yaxşılığınız üçün olacağına o qədər çox inanar ki, ona hirslənə bilməzsiniz.


Tarix: 24.11.2014 / 14:43 Müəllif: Aziza Baxılıb: 105 Bölmə: Burcler haqqinda çox şey