beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Men Kimem?

Mən kiməm? Bu sualı
Hər il ad günlərimdə
öz-özümə vermişəm
Cavab tapa bilməyib
Bu sualın önündə
Başımı endirmişəm.
Mən kiməm?
Mən nəçiyəm?
Eşqim, diləklərim nə?
Niyə gəldim dünyaya,
Bu dünyada yerim nə?
Sağ ikən də bilmirəm
Ölüyəm, diriyəm mən?
Əvvəlini, sonunu
Dərk etməyən, ən adi,
Kəslərdən biriyəm mən.
İmkanla arzuların
Arasmda vurnuxan
Saat kəfkiriyəm mən.
Zamanın dəhrəsilə
Qanadlı arzuları
Budanan bir bəndəyəm.
Mən bir üzü ağamsa,
Bir üzü şərməndəyəm.

Mən özümün düşməni!
Hər gün çəkir çarmıxa
Öz içimdə mən, məni.
Mən özümçün həmişə
Baxdıqca sirri artan
Müəmmalı şəkiləm.
Özümə ittihamçı, özgəsinə vəkiləm.
Bildiyim bu qədərmiş
Məni məndən gizlədən


Tarix: 19.11.2013 / 03:48 Müəllif: Akhundoff Baxılıb: 111 Bölmə: Bextiyar Vahabzadə