beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quba qəzası

Tarixi
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Daşnak dəstəsi Quba şəhərində 3000-dək dinc sakini qətlə yetirmiş, 4 milyon manat nağd pul, həmçinin 4,5 milyon manatlıq brilyant, qızıl, gümüş və digər qiymətli daş-qaş, 25 milyon manatlıq müxtəlif əşyalar qarət etmişdi. Quba qəzasında 122 müsəlman kəndi dağıdılmış və yandırılmış, əhalisi kütləvi şəkildə qətlə yetirilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra Quba qəzasında öz hakimiyyətini bərqərar etmişdi. Parlamentin 1919 il 2 iyun tarixli qərarı ilə səpmə yatalaqla mübarizə üçün Quba şəhər özünü idarəsinə 100 min manat məbləğində faizsiz borc ayrılmışdı. Aprelin 12-də isə Qusar sahəsinin Xuluq kəndində ali ibtidai məktəb açılması barədə qanun qəbul olunmuşdu. Lakin sovet Rusiyasının yaxından köməklik göstərdiyi bolşeviklər qəzada Hökumət əleyhinə iş aparırdı. Quba şəhərində silahlı üsyan qərargahı təşkil edilmişdi. 1920-ci il aprelin 27-də gündüz saat 2-də istilaçı 11-ci Qırmızı ordu hissələri Qubaya girdi. Quba qəzasında sovet hakimiyyətinin qələbəsi elan olundu. 1929-cu ildə Azərbaycan Sovet Sosialist Respublikasında həyata keçirilən rayonlaşdırma prosesində Quba qəzası ləğv edildi. Bakı quberniyasının inzibati ərazi vahidlərindən biri.

Keçmiş Quba xanlığının ərazisində yaradılmışdı. Quba xanhğı 1806-cı ildə Rusiya imperiyası tərəfindən işğal olunaraq, əyalətə çevrildikdən sonra onu Gürcüstan Baş rəisliyinin tabeliyindəki naib idarə edirdi. 1809-cu ildə Quba əyalətini idarə etmək üçün Abbasqulu ağa Bakıxanovun atası Mirzə Məhəmməd xan başda olmaqla, dörd nüfuzlu bəydən ibarət Quba idarəsi yaradılmışdı. 1810-cu il üsyanından sonra Qubada komendant üsul-idarəsi formalaşdırıldı. Quba əyaləti Bakı və Dərbənd əyalətləri ilə birgə Dağıstan dairəsində birləşdirildi. 1840-cı il 10 aprel tarixli inzibati-məhkəmə islahatından sonra yaradılan Quba qəzası (Samur dairəsi ilə birlikdə) Dərbənd hərbi dairəsinə daxil edildi. 1846-cı il inzibati-ərazi bölgüsü nəticəsində Quba əyaləti yeni yaradılmış Dərbənd quberniyasının tərkibində qaldı. Dağıstan vilayətinin idarə edilməsi haqqında 1860-cı il 5 may tarixli Əsasnaməyə görə Dərbənd quberniyası ləğv olundu. Quba qəzası Bakı quberniyasının tərkibinə daxil edildi. Qəzanın mərkəzi Quba şəhəri idi. Quba qəzasında qəza idarə sistemi yaradılmışdı. Qafqaz təqviminin (1917) məlumatına görə, Quba qəzasının sahəsi 6308,61 kv.verst idi. Qəzada 171248 nəfər əhali yaşayırdı. Onlardan 170148 nəfəri yerli sakinlər, 1100 nəfəri isə müvəqqəti yaşayanlar idi. Qəza əhalisinin 91.871 nəfəri kişi (53,65%), 79377 nəfəri qadın (46,35%) idi. Müsəlmanların sayı 164,8 min nəfər idi. Qəzada 5206 nəfər rus qeydə alınmışdı. Quba şəhərində 26956 nəfər yaşayırdı. Qəzanın təsərrüfat həyatında bağçılıq daha çox inkişaf etmişdi. Fevral inqilabından (1917) sonra Quba qəzasında Müvəqqəti hökumətin yerli orqanlarının təşkilinə başlandı. Martın sonlarında Qubada ictimai təşkilatların icraiyyə komitəsi yaradıldı.

Oktyabr çevrilişindən (1917) sonra Bakıda hakimiyyəti ələ almış Bakı Soveti Quba qəzasını sovetləşdirmək pərdəsi altında azərbaycanlılara qarşı soyqırımı həyata keçirdi. 1918-ci il aprelin 21-də Bakı bolşevik təşkilatı və Bakı Soveti Quba qəzasına hərbi dəstələr göndərdi. Aprelin 23-də qəzada sovet hakimiyyeti elan olunmuş, qəza hərbi-inqilab komitəsi yaradılmışdı. Quba qəza-smda azərbaycanlılara qarşı soyqırımı mayın 1-də başlamış və 9 gün davam etmişdi. Qubada törədilən soyqırımlarını daşnak qulduru Hamazaspın başçılıq etdiyi erməni cəza dəstələri həyata keçirmişdi. Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.F.Novatskinin Quba şəhərinin və qəza kəndlərinin dağıdılması, onların sakinlərinə qarşı edilən zorakılıqlar haqqında məruzəsində göstərilirdi ki, Hamazaspın cəza dəstəsi Qubaya komissar Şaumyanın göstərişi ilə göndərilmiş, dəstənin döyüşçülərini o zamankı hərbi komissar Korqanov seçmişdir. Dəstə yalnız "Daşnaksütun" partiyasının üzvü olan təqribən iki minə yaxm ermənidən təşkil edilmiş, dəstənin başçısı "məşhur" daşnak Sakan Hamazasp, komissarı isə Venuns familiyalı birisi təyin edilmişdir. "Cəza dəstəsi" yalnız azərbaycanlıları qırmaq məqsədini güdmüşdür.


Tarix: 21.01.2015 / 17:59 Müəllif: Feriska Baxılıb: 140 Bölmə: Bakı quberniyası