beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şəmistan Əlizamanlı

Şəmistan Əlizamanlı (d. 4 fevral, 1959, Marneuli, Gürcüstan SSR) — Azərbaycanlı müğənni, mətn oxuyan, film səsləndirən və aparıcı.

Həyatı

1986-cı ilin may ayından müsabiqə yolu ilə Azərbaycan Radiosunun aparıcısı seçilib. 1993-cü ildə isə o, Azərbaycan Radiosunun hərbi aparıcısı oldu. Azərbaycanın Levitanı adını qazanmış Ş.Əlizamanlı hazırda Türkiyə Dövlət Televiziyası olan TRT-nin Azərbaycan Bürosunda çalışır.[1]

Ş.Əlizamanlı həm də hərbi mahnıların müəllifi kimi yadda qalıb. O indiyə kimi "Çağırır vətən", "Qalx, Azərbaycan", "İgid əsgər, möhkəm dayan", "Vətən əmanəti", "Öncə vətəndir", "Can Azərbaycan", "Birinci batalyon", "Cənab leytenant", "Çırpınırdı qara dəniz", "Dağlar", "Azərbaycan-Türkiyə", "Ana yurdum", "Tanrı türkə yar olsun", "Heyran türkün bayrağına", "Qafqaz dağı, yol ver bizə" və sairə mahnıları oxuyub.

Filmoqrafiya
Bəd xəbərlər gətirən qəribə adamlar (film, 1993)
Qudyalçay (film, 2001)
Koroğlu (film, 2003)


Tarix: 29.01.2013 / 14:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 190 Bölmə: Bəstəkarlar Və Müğənnilər