Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Volfqanq Amadey Motsart

Volfqanq Amadeus Motsart (Wolfgang Amadeus Mozart) (27 yanvar 1756, Salzburq – 5 dekabr 1791, Vyana) – dahi Avstriya bəstəkarı, Avropa klassik musiqisinin ən nüfuzlu nümayəndələrindən biri.

Motsart bəstəkarlıqla yanaşı, eyni zamanda mahir skripkaçı, klavesin və orqan ifaçısı və dirijor da olmuşdur. Müasirlərinin dediyinə görə dahi bəstəkar qeyri-adi musiqi duyumu, eşitdiyi musiqiləri yadda saxlama və improvizə etmə kimi fenomenal qabiliyyətlərə malik olmuşdur.

Yaratdığı 600-dən çox əsəri simfonik, konsert, kamera, piano, xor kimi klassik musiqi janrlarının ən yüksək zirvələrində qərarlaşıb. Onun əsərləri dünyanın ən nüfuzlu orkestrlərinin konsert reperturlarının ayrılmaz parçasını təşkil edir.Mündəricat
1 Həyatı
2 1762-1773: Səyahət illəri
3 1773-1777-ci illər: Salzburq sarayı
4 1777-1778-ci illər: Paris səfərləri
5 1781-ci il: Vyana
6 Vyanadakı ilk illər
7 1786-1787-ci illər: Operaya dönüş
8 1788-1790-cı illər
9 1791-ci il
10 Xəstəlik və ölümü
11 Portreti
12 Əsərləri, musiqi üslubu və innovasiyaları
13 Təsiri
14 Köxel kataloqu
15 Motsart bədii ədəbiyyatda
16 İstinadlar


Həyatı

Motsartın doğulduğu ev

Volfqanq Amadey Motsart o dövrlər Müqəddəs Roma İmperiyasının tərkib hissəsi olan Avstriyanın Salzburq arxiyepiskopluğunun eyniadlı şəhərində Leopold və Anna Mariya Pertl Motsartların ailəsində dünyaya göz açmışdır. Motsartın özündən savayı sağ qalmiş "Nanerl" Mariya Anna adlı bacısı da olmuşdur. Motsart doğumundan bir gün sonra Müqəddəs Rupert kilsəsində xaç suyuna salınmışdır. Bu mərasimdə körpəyə latın formasında olan Joaness Chrysostomus Wolfgangus Theophilus Mozart adı verlimişdir. Motsart isə özünü sonralar "Volfqanq Amade Motsart" kimi adlandırılmağı üstün tutmuşdur.

Motsartın atası Leopold Motsart Salzburq axriyepiskop sarayıının kapelmeyster müavini və bəstəkar idi. O həmçinin təcrübəli müəllim olmuş və oğlunun doğum ilində "Versuch einer gründlichen Violinschule" adlı skripkada ifaya dair əsər nəşr etdirmişdir.

Qızı Nannerlin yeddi yaşı olanda Leopold ona klavişdən dərslər verməyə başlayır. Üç yaşlı Volfqanq bu musiqi alətinə heyrətlə tamaşa edərdi. Sonrlar bacısı xatirələrində Volfqanqın bu yaşda klavişə ifanı öyrənməyə bağlandığını və günün əksər hissəsini ona sərf ediridi. Bacısı sonralar deyirdi : " Dörd yaşında atamız onu əyləndirmək naminə ona klavişdə bir-iki parça ifa etməyi öyrədərdi....Körpə bir qədər sonra bu parçaları heç bir səhvə yol vermədən və böyük nəfislikə ifa edirdi. Beş yaşında isə o özü kiçik parçalar bəstələməyə başladı və atamız heyrət içində onları nota yazırdı. Belə erkən əsərli arasıdan Andante (K. 1a) və Allegro C-də (K. 1b) var idi." Morsartın bioqrafı olmuş Meynard Solomon Leopoldun uşaqlarına sidqi-ürəklə dərs verməsinə baxmayaraq balaca Volfqanq atasının öyrətdiklərindən də uzaqlara getməyi qərarlaşdır. Atası körpəsinin inanılmaz fitri istedadına və yaratdığı xarüqələrə sevindiyindən göz yaşlarını saxlaya bilmirdi. Nəticədə körpəsinin ilahi istedadı qarşısında atası bəstəkarlıqdan əl çəkir. Və özünü uşaqlarına dil və digər fənnlərdən dərs deməyə həsr edir.

1762-1773: Səyahət illəri

Motsartın uşaqlıq portreti

Motsartın uşaqlıq illərində ailəsi Avropa boyu bir neçə səyahətlər etmiş və Leopold Motsart bu səyahətlərdə uşaqlarının istedadını nümayiş etdirmişdir. İlk belə nümayiş Münhendə Bavariya elektor sarayında baş tutur. Növbəti belə bir konsert həmin il Vyana kral sarayında və Praqada keçirilir. Uzun konsert turları düz üç il yarım davam edir və ailəni Münhen, Manheym, Paris, London, Haaqa və yenidən Paris kral saraylarına gətirib çıxarır. Geriyə Vyanaya döndükdə Motsartlar ailəsi Zürix və Donoşingen şəhərlərindən də keçirlər. Bu səfərlər zamanı Motsart çox sayda musiqiçilərlə görüşür və onların əsərləri ilə tanış olur. Belə yaddaqalan görüşlərdən biri də 1764-64 –c illərdə Londonda olarkən Yohan Xristian Baxla görüş olur. Motsartlar ailəsi 1767-ci ilin sonunda yenidən Vyanaya dönür və 1768-ci ilin dekabr ayına kimi burada qalırlar. Bu səyahət zamanı Motsart çiçək xəstəliyinə tutulur, lakin atası oğlunu peyvənd edilməsinə qəti etiraz edir və bunu Allahın iradəsi sayır.

Salzbuqrda keçən bir ildən sonra növbəti illəri İtaliyaya üç səfərə çıxırlar. Lakin bu dəfə yalnız Motsart və atası səfərə yollanırlar. Bu səfərlər 1769-cu ilin dekabrından 1771-ci ilin martına, 1771-ci ilin avqustundan dekabrına qədər və 1771-ci ilin oktyabrından 1773-cü ilin martına qədər davam edir. İtaliyaya ilk səfər ilkin səyahətləri xatırladır. Bu səfərlərdə məqsəd artıq yeniyetməlik illərinə qədəm qoymuş Motsartın ifaçı və sürətlə inkişaf edən bəstəkar kimi qabiliyyət və istedadını nümayiş etdirmək idi. Motsart Boloniyada G.B. Martni ilə görüşür və məşhur Accademia Filormonica-ya uzv qəbul olunur. Romada Sistine kilsəsində Gregorio Aleggrininin Miserere əsərini görür və onu əzbərləyərək sonradan kağız üzrəirnə köçürür. Bununla Motsart Vatikanın ən ciddi şəkildə mühafizə etdiyi əsərinin ilk qeyri-qanuni sürətini çıxarır.[1]

Milanda Motsart Mitridate Re di Ponto adlı operanı müvəffəqiyyətlə nümayiş etdirir. Bu operadan sonra Motsarta opera yazmaq sifarişləri daxil olur və Leopold və Volfqanq iki dəfə Ascano in Alba (1771) və Lucio Silla (1772) operalarını bəstələmək və premyerasında iştirak etmək üçün Salzburdqan Milana qayıdırlar.

İtaliyaya sonuncu səfərinin sonlarında Motsart " Exsulate jubilate", K. 165 solo kontatasını yazır.

1773-1777-ci illər: Salzburq sarayı

Leopold, Volfqanq və Nannerl

İtaliyaya sonuncu səfərindən (13 Mart 1773) sonra Motsart Salzburq hakimi şahzadə-arxiyepiskop Hironumus Kolloredonun saray musiqiçisi kimi işə götürülür. Motsart Salzburqda özünə çox sayda dost və pərəstişkar toplayır. O musiqinin bir çox janrlarında simfoniya, sonata, simli kvartet, serenada və ara-sıra opera əsərləri yazır. Bu ilkin dövrdə yaratdığı əsərləri indi də ifa olunmaqdadır. Məsələn, 1775-ci ilin aprel-dekabr ayları arasında Motsartda skripka üçün konsert yazmaq arzusu baş qaldırır və o hər biri əvvəlkindən mükəmməl olmaqla beş belə konsert bəstələyir. Bunlardan sonuncu üçü (K. 216, K. 218, K. 219) repertuarların əsas nömrələri sayılır. K. 271 E bemol piano konserti, başlanğıcda solist tərəfindən orkestranın gözlənilmzə fasiləsi ilə klassik musiqinin kəşfi sayılır.

Bununla belə, Motsart tədricən Salzburqu tərk edib başqa yerdə iş axtarmaq qərarına gəlir. Buna səbəb kimi qazandığı 150 florinlik az məvacibi görünür. Bundan əlavə, Motsart operalar yazmağı çox sevir və Salzburq buna ən yaxşı halda nadir imkanlar yaradırdı. Vəziyyət 1775-ci ildə saray teatrının bağlanması ilə daha da gərginləşir. Şəhərin digər teatrları isə səfər trupppalarını qəbul etmək üçün olduqca dar idi.

İki uzun müddətli səfər axtarışları onların Salzburqda uzun muüddətli yaşayişlarında fasilə yaradır: Volfqanq və Leoplod 1773-cü ilin 14 iylunudan 12 senytabrına kimi Vyanaya və 1774-cü ilin 6 dekabrına 1775-ci ilin martlna qədər Münhenə səfər edirlər. Hər iki səfərin müvəffəqiyyətsiz nəticələnməsinə baxmayaraq Motsart Münhendə "La finta giardiniera" adlı operasının premeyerasını böyük uğurla həyata keçirir.

1777-1778-ci illər: Paris səfərləri

1777-ci ilin 23 sentyabrında Motsart bu dəfə anasının müşayəti ilə başqa bir turneyə çıxır. Bu dəfəki turneyə Münhen, Manheym və Paris şəhərləri daxil idi. Manheymdə Motsart o vaxtlar Avropanın ən yaxşı orkestri hesab olunan Manheym orkestrinin üzvləri ilə tanış olur. O həmçinin bu şəhərin musiqiçi ailələrinin birinin qızı Aloysa Veberə aşiq olur. Motsart buradan Parisə gedir və orada iş axtarışlarını davam etdirir. Lakin Paris səfəri uğursuz olur (bununla belə Versalda ona organist işi təklif olunur, lakin bu iş xoşuna gəlmədiyi səbəbindən imtina edir). Parisə səfərinin digər xoşagəlməz nəticəsi anasının xəstələnməsi və ölümü olur. Salzburqa qayıdarkən Motsart yenidən Münhendə dayanır və artıq opera səhnəsində ifaçı olmuş Aloysa ilə görüşür. Lakin bu dəfə qız Motsarta heç bir maraq göstəmir. Motsartın Salzburqdakı narazıçılıqla dolu günləri onun bu səfərlərindən sonra da davam edir. Belə bir sual meydana çıxır ki, Motsart bütün istedadlarına rəğmən niyə səfərləri zamanı iş tapa bilmir. Meynard Solomonun fikirincə problem Motsartın atası ilə iş barədə razıllğıa gələ bilməməsində olmuşdur. Belə ki, atası Motsartın bütün ailəni saxlaya biləcək əmək haqqı almasına israra etmişdir, Motsart isə böyük şəhərlərin birində azad musiqiçi kimi fəaliyyt göstərib vacib bir işə lazım bilininə qədər aristokrat ailələrlə dostluq saxlamaq barədə düşünürdü. Bu strategiyadan vaxtilə Haydn uğurla istifadə edə bilmişdir. Leopoldun planı və Motsartın gəncliyi görünür onun bu istəklərini həyata keçirməyəyə imkan verməmişdir.

1781-ci il: Vyana

1781-ci ilin yanvarında Motsartın Idomeneo operası Münhendə böyük uğurla səhnəyə qoyulur. Həmin ilin martında isə bəstəkar Vyanaya çağırlır. Bu vaxt Motsartın bir vaxtlar sarayında işlədiyi Salzburq şahzadəsi Kolloredo İmperator Jozef II-in tacqoyma mərasimində iştirak edir. Münhendə qazandığı uğurlar fonunda arxiyepiskopun onunla nökər kimi davranmasından və ələxsus qrafinya Tunun qonağı olan imperator qarşısında ifa etməsini qadağan etməsindən bərk qeyzlənir (belə ki, yalnız bu görüşdən əldə edə biləcəyi mənfəət onun Salzburqda qazandığı məvacibin tən yarısı qədər ola bilərdi). May ayında bu mübahisə daha da intensivləşir. Motsart işindən çıxmaq istəyir, lakin rədd cavabı alır. Buna baxmayaraq növbəti ay o, nəhayət ki, işindən azad edilir. Lakin bu olduqca xoşagəlməz bir halda baş verir. Belə ki, Motsart arxiyepiskopun eşikağası qraf Arko tərəfindən təşkil olunmuş qaydada alçaldıcı tərzdə saraydan qovulur. Bu arada Motsart Vyana getmək və orada yaxşı məvacib almağın mümkünlüyü barədə düşünür.

Arxiyepiskopla mübahisənin onun üçün ağrıdıcı tərəfi atasının arxiyepiksopu dəstəkləməsi olur. Atası nəyin bahasına olursa olsun Motsartın əvvəlki iş yerinə qayitmasını və arxiyepiskopla barışmağı israr edir. Volfqanaq isə eyni inadkarlıqla öz fikirlərində israr edib gələcəyini təkbaşına, özü də Vyanada davam etdirəcəyini bildirir. Mübahisə Motsartın əzazil arxiyepiskopun caynaqlarında qurtulması və atasının dönmək tələblərinə rədd cavabı verməsilə bitir. Bunu Motsartın bioqrafı Solomon "inqilabi addım " kimi səciyyələndirir və bu addımın onun gələcək həyatına böyük təsir göstərəcəyini yazır.

Vyanadakı ilk illər

Motsartın Vyanaya gəlişi çox uğurlu alınır. O əvvəlcə piano ifaçısı kimi çıxış edir və 1781-c il 24 dekabrında İmperator sarayında düzənlənən piano müsabiqəsində Muzio Klementi ilə yarışır və tezliklə özünü mahir piano ifaçisi kimi doğruldur. Motsart bəstəkar kimi də böyük nailliyətlərə imza atır. 1781-1782-ci illər aralığında Die Entgührung aus dem Serail (Seragliodan qaçış) operasını yazır. Bu əsər 16 iyul 1782-ci il tarixində səhnəyə qoyulur və müəllifə böyük uğur gətirir. Əsər tezliklə Avropanın alman dilli bölgələrində də nümayiş etdirilir və Motsartın bəstəkarlıq şöhərtini daha da artırır.

Motsart bu arada arxiyepiskop Kolloradoyla münaqişələrinin kulminasiyasına yaxın Manheymdən Vyanaya köçmüş Veberlər ailəsi ilə yaşayır. Ailənin başçısı Fridoplin Veber vəfat etmiş, Veberlər ailəsi evlərini kirayə verməklə dolanırdılar. Motsartın sevgisindən imtina etmiş Aloysa isə Jozef Lanj adlı aktyorla evlənmişdi. Motsart bu dəfə Veberlər ailəsinin üçüncü qızı Konstanza ilə maraqlanmağa başlayır. Cütlük 1782-ci ilin 4 avqustunda atası Leoplodun həvəssiz razılığı ilə evlənirlər. Konstanzenin Motsartdan altı uşağı dünyaya gəlir. Körpələrdən yalnız ikisi sağ qalır: Karl Tomas (1784-1858) və Franz Xaver Volfqanq (1791-1844). Sonuncu özü də bəstəkar olur.

1782-83-cü illərdə Motsart barokko musiqiçilərinin əsərlərinin əlyazmalarının əksəriyyətinə sahib çıxmış baron Gotfrid van Süitenin təkidiylə Bax və Handelin əsərləri ilə yaxından tanış olur. Motsartın bu bəstəkarların əsərlərini öyrənməsi ilk əvvəl onun barokko janrını təqlid etməsi, daha sonralar isə öz şəxsi üslubunu kəşf etməsinə təsir gostərir. Die Zauberflote (Sehrli fleyta) əsərində və 41-ci simfoniyasını sonundakı fyuqal keçidlər buna misaldır.

1783-cü ildə Volfqanq və Konstanze Salzburqa, Motsartlar ailəsinə baş çəkirlər. Lakin səfər uğursuz alınır. Belə ki, Leopold və Nannerl ən yaxşı halda Konstanzeyə qarşı mülayim davranırlar. Bununla belə Salzburqa səfər Motsartın ən gözəl liturgik parçalarından biri olan C minorda mass kompozisiyasının yaranması ilə yadda qalır. Əsər tamamlanmasa da Salzburqda səhnəyə qoyulur və əsərin premyerasında Konstanza ifa edir.

Vyanaya qayıdışdan bir müddət sonra Motsart Haydnla tanış olur və iki böyük bəstəkar tezliklə dostlaşırlar. Haydn Vyanaya gələndə Motsartla görüşər və onlar birlikdə kvartetdə ifa edərdilər. Motsartın altı kvarteti Haydna həsr olunub (K. 387, K. 421, K. 428, K. 458, K. 464, and K. 465) və bunların 1781-ci il Haydnın Opus 33 əsərinə cavab olaraq yazdığı söylənilir. Haydn ilk dəfə bu kvartetlərdən son üçünü dinlədikdən sonra Motsartın atasına deyir: "Bir olan Allah qarşısında tam səmimiyyətimlə sizə deyirəm ki, sizin oğlunuz mənim nə vaxtsa gördüyüm və ya adını eşitdiyim bəstəkarlardan ən istedadlısıdır. Onun musiqi duyumu var və bundan əlavə bəstəkarlığın incəliklərini onun qədər ikinci bir kəs bilmir."

1782-1785-ci illər ərzində Motsart piano üçün konsertlər seriyası yazır və bu konsertlərdə özü solo ifaçı kimi çıxış edir. O hər konsert mövsumu üçün üç-dörd konsert yazır. Şəhər teatrında yerin məhdudluğu səbəbindən o konsertlər üçün nəzərdə tutulmayan, lakin kifayət qədər böyük olan yaşayış evinin qonaq otağını və Mehlqribda ball otağı kimi geniş restarantı görüş yerləri olaraq sifarış verir. O vaxtlar konsertlər Vyanada olduqca dəbdə idilər və Motsartın belə konsertlər üçün bəstələdiyi musiqiləri onun ən yaxşı əsərləri hesab etmək olar. Solomon Motsartın bu konsertlərdə ehtiraslı bəstəkar-ifaçı ilə şad-xürrəm tamaşaçı arasında harmonik əlaqə yaratmaqla böyük bir musiqi janrına keçidi və onun mükəmməliyini təmin etmişdir.

Konsertlərində qazandığı yüksək məbləğdə pullarla Motsart və Konstanze dəbdəbəli həyat tərzinə keçirirlər. Onlar 460 florinlik kirayə haqqı olan mənzilə köçürlər. Motsart Anton Valter adlı şəxsdən 900 florin dəyərində gözəl fortepiaoni və 300 florin dəyərində billiard masası da alır. Motsart həmçinin oğlu Karl Toması bahalı internat-məktəbə qoyur və evdə qulluqçular saxlamağa başlayır. Beləliklə gənc ailə həddən artıq b\dxrclik edir və qimsən bu səsəbədən növbəti illrədə gənc Motsartlar ailısnin üzlləşəcəyi çətin maliyyə probləmlərini önlyəyə bilməyəcəkdilrə.

1784-cü ilin 14 dekabr tarixində Motsart mason olur və "Zur Wohltätigkeit" (Xeyriyyəçilik) lojasına üzv qəbul olunur. Masonluq Motsartın qalan illərdə həyatında ciddi rol oynayır. O cəmiyyətin bir çox görüşlərində iştirak edir, özünə çoxlu mason dostlar tapır və bəzi hallarda mason musiqiləri də bəstələyir.

"Die Entführung aus dem Serail" operasının uğurlarına baxmayaraq Motsart sonrakı illərdə iki natamam və bir-səhnəli "Der Schauspieldirektor" operalarından savayı bu janra çox nadir hallarda müraciət edir. Əvəzində o diqqətini daha çox piano ifaçılığı və konsertlər bəstələməyə yönəldir. Lakin 1785-ci ilin sonlarına yaxın o piano konsertlərinə ara verir və "Lorenzo da Ponte" adlı librettosu ilə özünün opera fəaliyyətinə başlayır. 1786-ci ildə "Figaro evlənir" operası Vyanada uğurla səhnəyə qoyulur. Əsər Praqada da böyük uğur qazanır. Əsərin Praqa uğuru "Da Ponte" operasının sifarişi ilə nəticələnir və nəticədə "Don Ciovanni" operası yaranır. Praqa opera sevərləri əsərin 1787-ci il premyerasını həddindən çox bəyənirlər və əsər bir il sonra Vyanada da uğurla nümayiş olunur. Hər iki opera Motsartın ən vacib əsərlərindən sayılır və müsir dövrümüzün opera repertuarının əasasını təşkil edir. Bu operaların musiqi mürəkkəbliyi onların premyeralarında həm tamaşaçılara, həm də ifaçılara çətinlik törədirdi.

1787-ci ilin dekabrında Motsart zadəgan himayəsi altında davamlı iş alır. İmperator İİ Cozef saray kamera bəstəkarı Qakın vəfatından sonra Motsartı özünün kamera bəstəkarı təyin edir. Lakin bu bütün günlük iş deyildi. Motsart il ərzində cəmi 800 florin əməkhaqqı alsa da bu ondan yalnız Redoutensaalda keçirilən illik ballara rəqslər bəstələmək tələb edirdi. Motsart Konstazaya şikayətlənərək aldığı məvacibin onun etdikləri müqabilində çox, lakin edə biləcəkləri müqabilində isə həddən artıq az olduğunu deyirdi. Bununla bu cüzi gəlir mənbəyi növbəti illərdə nə dərəcədə gənc ailəyə lazım olacağını təsdiqləyəcəkdi. Saray arxivləri İmperatorun əsl niyyətinin sadəcə Motsartın Vyananı tərk edib başqa yerlərdə iş axtarışlarına çixmasının qarşısını almaq idi.

Bu arada, daha dəqiq desək, 1787-ci ildə Lüdviq van Bethoven Motsartla görüşmək arzusu ilə iki həftəlik Vyana gəlir. Bu görüşdə baş verənlərə dair dəlillər olduqca mübahisəlidir və ən azı üç fərziyyəyə istinad olnur: Motsart Bethoveni dinləyir və onu tərifləyir və ya Motsart Bethovendən tələbə kimi imtina edir və sonuncu onlar heç vaxt görüşmürlər.

1786-1787-ci illər: Operaya dönüş

Die Entführung aus dem Serail operasının uğurlarına baxmayaraq Motsart sonrakı illərdə iki natamam və bir səhnəli Der Schauspieldirektor operalarından savayı bu janra çox nadir hallarda mürəcıət edir. Əvəzində o diqqətini daha çox piano ifaçılığı və konsertlər bəstələməyə yönəldir. Lakin 1785-ci ilin sonlarına yaxın o piano konsertlərinə ara verir və Lorenzo da Ponte adlı librettası ilə özünün opera fəaliyyətinə başlayır. 1786-ci ildə "Figaro evlənir" operası Vyanada uğurla səhnəyə qoyulur. Əsər Praqada da böyük uğur qazanır. Əsərin Praqa uğuru daha bir operaya sifarişlə nəticələnir və nəticədə Don Govanni operası yaranır. Praqa opera sevərləri əsərin 1787-ci il pemyerasını həddindən çox bəyənirlər və əsər bir il sonra Vyanada da eyni uğurla nümayiş olunur. Hər iki opera Motsartın ən mühüm əsərlərindən sayılır və müasir dövrümüzün opera repertuarının əsasını təşkil edir. Bu operaların musiqi mürəkkəbliyi onların premyeralarında həm tamaşaçılara, həm də ifaçılara çətinliklər törədirdi.

1787-ci ilin dekabrında Motsart zadəgan himayəsi altında daimi iş alır. İmperator II Jozef saray kamera bəstəkarı Qakın vəfatından sonra Motsartı özünün kamera bəstəkarı təyin edir. Lakin bu bütöv günlük iş deyildi. Motsart il ərzində cəmi 800 florin əmək haqqı alsa da, bu ondan yalnız Redoutensaalda keçirilən illik ballara rəqslər bəstələmək tələb edirdi. Motsart Konstazaya şikayətlənərək aldığı məvacibin onun etdiklər müqabilində çox, lakin edə biləcəkləri müqabilində həddindən artıq az olduğunu deyirdi. Bu cüzi gəlir mənbəyi növbəti illərdə gənc ailəyə nə qədər lazım olacağını təsdiqləyəcəkdi. Saray arxivləri İmperatorun əsl niyyətinin sadəcə Motsartın Vyananı tərk edib başqa yerlərəd iş axtarışlarına çıxmasına almaq olduğunu göstərir.

Bu arada, daha dəqiq desək, 1787-ci ildə Lüdviq van Bethoven Motsartla görüşmək arzusu ilə iki həftəlik müddətət Vyanaya gəlir. Bu görüşdə baş verənlərə dair dəlillər olduqca mübahisəlidir və ən azı uç fərziyyəyə istinad olunur: 1. Motsart Bethoveni dinləyir və onu tərifləyir; 2. Motsart Bethovendən tələbə kimi imtina edir; və 3. Onlar heç vaxt görüşmürlər.

1788-1790-cı illər

Motsart 1791-ci ildə imperatorun Praqada tacqoyma mərasimi ilə bağlı şənliklərdə nümayiş etdirilən "La clemenze di Tio" operasının 6 sentyabr premyerasında xəstələnir. O bir müddət vəzifəsinin öhdəsindən gələ bilir. Motsart "Sehrli Fleyta" əsərinin sentyabrın 30-u premyerasında dirijorluğun öhdəsindən gəlir. Lakn xəstəliyi noyabrın 20-dən etibarən şiddətlənməyə başlayır. O artıq yataq şəraitində keçmək məcburiyyəti qarşısında qalır, köpmə, ağrılar və intensiv qusmadan əziyyət çəkir. Motsarta bu vaxt həyat yoldaşı Kontanza, onun kiçik bacısı Sofi və ailə həkimi Tomas Franz Kloze qulluq edirdilər. Onun xəstəliyinin belə ağır bir vəziyyətində Rekviyemi tamamlamağa cəhd etməsi barədə dəlillər var. Lakin onun bunu Süsmeyerə diktə etməsi barədə söhbətlər ağlabatan səslənmir.

Motsart dekabr ayının 5-i gecə saat 1-də keçinir. Onun dəfn mərasimi belə təsvir olunur: "Motsart dekabrın 7-si o dövr Vyanada mövcüd olan adər-ənənələrə uyğun olaraq adı bir bir qəbrdə, şəhər kənarındakı Müqəddəs Mark qəbirstanlığında dəfn olnur." Sonralar onun dəfnində heç kəsin iştirak etməməsi barədə söylənilən fikirlər həmin dövrdə Vyanda dəfn mərasimlərinin keçirilməsi adətlərinə uyğun gəlir. Sonrlar Yan (1856-cı ildı) dəfn mərasimində Salyeri, Süsmeyer, van Sviten və digər iki musiqçinin də iştirak etməsni yazırdı. Dəfn günün qarlı- çovğunlu keçməsi barədə söylənilənlər yalnışdır. Həmin gün sakit və mülayim olmuşdur.

Motsartın ölüm səbəbini yəqinliklə təyin etmək mümkün olmamışdır. Ölümü barədə rəsmi sənədlərdə "hitziges Frieselfieber" ( "kəskin miliar qızdırması", darı toxumu rəngində səpgiyə işarə olunur) kimi xəstəliyin əlamətləri təsvir olunur. Bu cür təsvitr isə xəsətliyin səbəbini müəyyənləşdirməyəy kifayət etmir. Səbə kimi isə onlara fərziyyə irəli sürülmüşdür: trixinellyoz, zökəm, zəhərlənmə və nadir böyrək xəstəliyi O dövr təbabıtində adi hal almış xəstələrdən çoxlu miqdarda qan axıma kimi müalicə metodu da ölümü sürıtləndirə bilcəck səbəb saylılr. Lakin ən geniş qəbul olunmuş versiya Motsartın kəskin revmatizmdən öməsidir. Belə ki, uşaqlıqda da Motsartın üç-dörd dəfə revmatimzin ağrılarıdma əziyyıt çəkmişdir. O da məılumdur ki, revmatizm vaxtaşırı təkrarlanan və hər tutmanın özündən sonra çiddıtli infeksiya və ürək klapanlarını zədəlıəmək kimi ciddi fəsadlar qoyması mılumdur.

Motsartın sakit dəfn mərasimi onun cımiyyıətədə bəstəkar kimi tutduğu mövqeyi heç cür əks etdirmir. Ölümündən sonra Vyana vı Praqada xatırısinə hısr olunmuş konsertlər daha böyük kütləlıri cəlb etmişdir. Həqoqətətn də, ölümündən sonra bəstəkarın şıhrıti ögrünmmiş bur tıərzəd artır. Solomon bu dövrdə Motsartın əsələrinə qarşı "görünməmiş entuziamsmin" baş qaldırdlğını yazır. Bəstəkar haqqında avtobioqrfiyalar ərsəyə gəlir və müəlliflər onun yarımçıq qalmiş. əsərlərini tamamlamaq uğrundə rəqabətə girişirlər.

1791-ci il

Ömrünün son ili böyük məhsuldarlıq və şəxsi dirçəlişi ilə yadda qalır. Bu ildə Motsart çoxlu sayda musiqi əsərləri yaradır: "Sehrli Fleyta", sonuncu piano konseri (K. 595 B bemolda), Klarnet konserti (K. 622) , simli kvartet seriyasından son kvarteti (E bemolda K. 614), Ave verum corpus kilsə nəğməsi (K. 618) və bitirə bimədyi Requemi (K. 626).

1790-cı ildə onun hədsiz narahatçılıqlarına səbəb olmuş maddi vəziyyəti də yavaş-yavaş düzəlməyə başlayır. Bəzi mənbələrdə Macarıstan və Hollandiyadan olan və onun sənətini sevən bəzi zəngin adamlar ara-sıra onlar üçün bəstələdiyi musiqilər qarşılığında ona illik məvacib vəd edirlər. Motsart, güman ki, kral sarayında kamera bəstəkarı işlədiyi dövrdə bəstələdiyi rəqs musiqlərini də satmaqla böyük gəlir əldə edir. O Püxberqdən borc pul alamağa da ara verir və borclarını geri qaytarmağa başlayır.

Motsart ölümündən az öncə yazdığı "Sehrli Fleyta" və kiçik mason kantatsı K. 623-ün uğurlu premyeralarndan hədsiz fərəh hissi keçirir.

Xəstəlik və ölümü

Motsart 1791-ci ildə imperatorun Praqada tac-qoyma mərasimi ilə bağlı şənliklərdə nümayiş etdirilən La clemenze di Tio operasının 6 sentyabr premyerasında xəstələnir. O bir müddət vəzifəsindən öhdəsindən gələ bilir, Motsart "Sehrli Fleyta" əsərinin sentyabrın 30-u premyerasında dirijorluğun öhdəsindən gəlir. Lakin xəstəliyi noyabrın 20-dən etibarən çiddiləşmyə başlayır. O artıq yataq şəraitinə keçmək məcburiyyəti qarşısında qalır, köpmə, ağrılar və intensiv qusmadan əziyyət çəkir. Motsarta bu vaxt həyat yoldaşı Kontanza, onun kiçik bacısı Sofi və ailə həkimi Tomas Franz Kloze qulluq edirdilər. Onun xəstəliyinin belə ağır bir vəziyyətində Rekviyemi tamamlamağa cəhd etməsi barədə dəlillər var. Lakin onun bunu Süsmeyerə diktə etməsi barədə söhbətlər ağlabatan səslənmir.

Motsart dekabr ayının 5-i gecə saat 1-də keçinir. Onun dəfn mərasimi belə təsvir olunur: " Motsart dekabrın 7-si o dövr Vyanada mövcüd olan adər-ənənələrinə uyğun olaraq adı bir qəbirdə, şəhər kənarındakı Müqəddəs Mark qəbirstanlığında dəfn olunur." Sonralar onun dəfnində heç kəsin iştirak etməməsi barədə söylənən fikirlər həmin dövrdə Vyanada dəfn mərasimlərinin keçirilməsi adətlərinə uyğun gəlir. Sonralar Yan (1856-cı ildı) dəfn mərasimində Salyeri, Süsmeyer, van Sviten və digər iki musiqiçinin də iştirak etməsini yazırdı. Dəfn günün qarlı- çovğunlu keşməsi barədə söylənilənlər yalnışdılar,həmin hava gün sakit və mülayim olmuşdur.

Motsartın ölüm səbəbini yəqinliklə təyin etmək mümkün olmamışdır. Ölümü barədə rəsmi sənədlərdə "hitziges Frieselfieber" ( "kəskin miliar qızdırması", darı toxumu rəngində səpgiyə işarə olunur) kimi xəstəliyin əlamətləri təsvir olunur. Bu cür təsvir isə xəstəliyin səbəbini müəyyənləşdirməyə kifayət etmir. Səbəb kimi isə onlara fərziyə irəli sürülmüşdür: trixinellyoz, zökəm, zəhərlənmə və nadir böyrək xəstəliyi O dövr təbabətində adi hal almış xəstələrdən çoxlu miqdarda qan alma kimi müalicə metodu da ölümü sürətləndirə biləcək səbəb saylır. Lakin ən geniş qəbul olunmuş versiya Motsartın kəskin revmatizmdən ölməsidir. Belə ki, uşaqlıqda da Motsartın üç-dörd dəfə revmatimzin ağrılarından əziyyıt çəkmişdir. O da məılumdur ki, revmatizm vaxtaşırı təkrarlanan və hər tutmanın özündən sonra şiddətli infeksiya və ürək klapanlarını zədələmək kimi ciddi fəsadlar qoyması məlumdur.

Motsartın sakit dəfn mərasimi onun cəmiyyətədə bəstəkar kimi tutduğu mövqeyi heç cür əks etdirmir. Ölümündən sonra Vyana vı Praqada xatırəsinə həsr olunmuş konsertlər daha böyük kütlələri cəlb etmişdir. Həqiqətən də, ölümündən sonra bəstəkarın şöhrəti görünməmiş bir tərzdə artır. Solomon bu dövrdə Motsartın əsələrinə qarşı "görünməmiş entuziamsmin" baş qaldırdlğını yazır. Bəstəkar haqqında avtobioqrfiyalar ərsəyə gəlir və müəlliflər onun yarımçıq qalmiş əsərlərini tamamlamaq uğrunda rəqabətə girişirlər.

Son araşdırmalara görə Volfqanq Amadey Motsartın ölümünə səbəb Antonio Salyeri yox, bakteriya olmuşdur.

Portreti

Motsartın zahiri görünüşünü tenor Mixael Kelly özünün memurlarında belə təsvir edir : "çox arıq və solğun, bir qədər qürrələndiyi gur zərif və açıqrəngli saçı olan son dərəcə alçaq boylu bir insan". Onun ilk bioqrafı olmuş Nimetşek yazırdı :" Zahiri görünüşü barədə elə bir fövqəladə bir cəhəti yoxdur...O alçaq boylu,iri gözləri istisna olmaqla çöhrəsində dahiliyinə dəlalət edəcək heç bir əlamət yoxdur." Üzü uşaqlıqda yoluxduğu çiçək xəstəliyi səbəbindən çil-çil idi. O qəşəng paltarlar geyməyi sevərdi. Kelly onu məşqllərinin birində belə xatırayır :"Əynində moruğu rəngli plaş, başında isə qızılı-haşiyəli üçkünc şlyapa səhnədə orkestra ilə məşq edirdi. " Səsi barədə isə Konstanza sonralar bunları deyirdi :"səsi tenor, danışdığı an bir qədər yumşaq, oxuduqda isə incəlirdi. Lakin onu bir şey narahat etdikde və ya lazım gəldikdə səsini qaldırır və təsirli edirdi."

Motsart olduqca çox və gərgin işləyirirdi. Musiqilər bəstələdiyi vaxt eskizlər çəkir, lakin bu eskizlər günümüzə gəlib çıxmamışlar. Ölümündən sonra Konstzbna hamsını məhv edir.

Motsart bilyard oynamaqdan və rəqs etməkdən böyük zövq alardı. Bülbül, sığırçın, it və əyləncə məqsədilə at da saxlayırdı.

Motsart Vyanaın musiqi həyatının mərkzində yaşayır və saysız-hesabsız insanlarla münasibıtlərədə olmuçdur. Nunlar arasında təkcı musiqiçi həımkarlarl deyik, teatr xadimləri Vyana köçmüş Salzburqdan olan yerliləri, və imperator İİ Jozef özü də daxil olmaqla çoxsaylı aristokrta aələləri var idi. Solomonun yazdlğına görı isə ən yazın dostları Gotfrid Janekin, Qraf August Hatzfeld və Sigmund Barisani olmuşlar. Bunlardan əlavə mügənillər Franz Xaver Gerl və Benedikt Şak, Haydn və truba ifaısı İgnaz Letgeb də Motsartla kifayıt qədər yaxın olmuşalr. (sonuncu hımişə Motsartın qəribə lakin dostyana zarafatlarının hədəfi oomuçşdur).

Motsartın əmisi qızı Mariya Anna Tekla Motsarta və bacısı Nannerlə ədəbsiz zarafatlarla dolu məktubları hələ da qalmaqdadər. Bu mıktublar onun xüsusən də uşaqlıq illərində bu cür əxlaqsız yumor hissını hıdsiz maraınadan xəbər verir. Hətta onun "Leck me im Arsch " adlı kanonu da skatoloji mövzudadır.

Əsərləri, musiqi üslubu və innovasiyaları

Haydn kimi Motsart musiqisi də Klassik musqinin başlıca nümönısi saylıır. Motsart msuqisi style galant musiqi üslubundan Barokko sdövrünün sonlarına xas kontrapunk elementlərni də özündə birləşdirən yeni bir üsluba keçid dövrünü əhatə edir. Motsartın öz şəxsi üslubundakı tərəqqi isə bütövluükdə klassik üslubda baş verən dəyiçşikliklərə müqayisə edilir. Bundan əlavə, hərtərəfli bəstəkar olmaqla simfoniya, opera, solo konsertlər, simli kvartet və simli kvinett də daxil olmaqla kamera musiqisi və pioano sontaları kimi demık olar bütün janrlarınd yazıb yaradırdı. Bütün bu janrların yeni olmamasına baxmayaraq, piano üçün konsertləri Motsart təkbaşına inkişaf etdirmişdir, O həmçinin külli miqdarda dini musiqilər, eləcədə rəqs musiqiləri divertismentlər, serenadalar və digər əyləncəli müsiqi əsərləri də yazmışdlır.

Motsart musqisində klassik üslubun anlaşıqlılıq, balans, şəffalıq kimi əsas səciyyəvi xüsusiyyətlərini görmək olar. Musiqinsindəki nəfisliyin bəsit təzahürü onun C minorda 14 saylı Piano konserti, K.491, G minorda 40 saylı simfoniyası, K. 550 və Don covanni kimi möhtəşəm əsərlərindəki müstəsna və qeyri-adi əzəməti bir qədər gizlədir. Şarlz Rozen yazır (1997) :" Yalnız Motsart musiqinisin mərkıəzində qıraralaşmış qəzəb və ehtiraslar duymaqla biz Motsart musqinin qurluçunu və onin əzəmətini tam dərk etməyə ilk addım ata biləırik. Paradoksal da olsa, Şumanın G minorda simfoniyaya səthi təhlili bizə Motsartın istedadını daha da yaxşı anlaşağa imkan yaradır. Motsart musiqinisndə iztirab və dəhşətin bütün növ tərənnümlərində nə isə anlaşılmaz cismani ehtiras var." Xüsusilə də ömrünü son on ilində Motart o dövr üçün nadi sayılan xromatik harmoniya tərzini ortaya çıxarmıçdlr. Hayndının çox sevdiyi "Dissonant " adlı kvartetinə, K. 465, ləng girişindəki bir anda onun yüngül və xoşagəlimli olamsı barədə dayaz fikirlərə yol açır.

Motsartda hələ uşaqlıq illərdndən eilk dəfəf şitdiyi musiqiləri bir dəfədən təqlid etmık istedadıvar idi. Çıxdığı səfərlə zamanı əldə etdiyi nadir təcrübə sayəsində öxünıməsxus bəstəkarlıq üslubu işləyib hazırşayır. Lonona səfər i zaman o J. K. Bax ilə tanış olur və onun musiqini dinləyir. Paris, Manhemym və Vyanaya səfərləri zamanı o övrün ən böpyül bəstəkarlarının musiqilırini eşidir və misilsiz Manheim orkestrasına da qulaq asır. İtaliyay səfərləri zanaı isə sonlara onun yaradıclığına böyük tsir göstərəcək italyan üverturası və operasə ilə tanış olur. Həm London həm də İtaliyada o vaxlar galant üslubu özünün sadə, yüngül musiqisi kadensiyaya olan hədsiz maraq, tonik, dominant və subdominat açarları üzərinə düşən vurğu, simmetrik frazaları və aydın ifadə olunmuş strukturasına görə çox dəbdə idi. Bu üslub son Barokko musiqisinin mürəkkəblilkırinə cavan olaraq əmələ gəlmişdir və özündən sonra klassik musiqi nələrinin formalşamasıan gətirib çıxarçmışdır.Motsartın bir neçə erkən simfoniyaları italyan üverturası olmuşdur. Digır erkın ısərlri isə J.K.Baxın əsərərinin təqldi və bir qayda laraq o dövr Vyana bəstəkalrlaına vsax dairəvi ikili formalı əsərlərrdir. Motsart musiqsinin ən çox ayırd edilə bilən səciyyəvi cəhəti harmoniyalar ardıcıllığı və ya tonallığıdır ki, bu da dominatn və tonik aşarlarda kadensiyaya aparıdır. Bu harmonik ardıccılıq başlıca laraq Barokko janrından, xüsusən də Y.S. Baxən əsərlərindən götürülmüşdü. Lakin Motsart ardıcıllığı elə bir qaydada dəyişir ki, kadensiya daha güclü yarıda bitiri, başqa cür desək, taktın ilk zərbəsində. Motsartın Frigiya kimi üslublarla tanışlığı bu kimi keçidlərəd özün aydn göst\rir.

Motsart dah da yetkinləşdikcə Barokko üslubundan daha çox elementləri öz musiqilırinə istifadə edir. Buna misal olaraq A majorda 29 saylı simfoniyasınının (K. 201) giriş hisısində kontrapunkt səciyyəli əsas mövzudan və qeyri-müntəzəm fraza uzunluqlarıda eksperementlıərdən istifadə edir. 1773-cü ildən sonra bəstələdiyi kvartetlərində Haynddan tısirlənərırk fugal sonluqlardan sitifadı edir. Haydn kimi Motsartın əsərlərində də yetişməkdə olan Romantizm erasının gəliçşindən xəbər verən Sturm und Drang (" Fırtına və Stress") mərhələsinin təsiri aydın sezilir. G minorda 25 saylı simfoniyası (K. 183) bu üslubda yazılmış ən gpzl əsərdəridən biridi.

Yaradıclığı müddətində Motsart diqqətini instrumental musiqidən operaya və əksinə çevirmişdir. O opera buffo üslübünda Figaro evlənir, Don Covanni və ya Cosi fan tutte, opera seria üslubunda isə İdomoneo və Singspeil kimi operalar seriyaları yazmışdır ki, bunların sirasında Die Zauberflöte operası yəqin ki, ən yaxşısıdır. Sonrakı operalarında psixoloji və emosional halalrı və dramatik dəyişiklikləri ifadə etmək m\əqsədilə o musiqi alətlərinə, orkestr və ton çalarlarına nəfis dəyişiklliklərdən istifadə etmişdir. Burada onun opera və instrumental bəstəkalrlıqda nailiyyətləi qovuşur. Simfoniya və konsertlərində istifadə etdiyi mürrəkkəb orkestra kombinasiyası onun opera orkestrasının trtibatəna və operalarında psixoloji anların ifadısində əasa vaxsitə rolunu oynayır.

Təsiri

Motsartın ən tanınmış tələbəsi çox güman ki, Klaasik era ilə Ronatism arasında keçid musiqiçilərədən olmuş Yohan Nepomuk Hummel olmuşdur. Motsart onu uşaq ikən iki illik müddtə öz himayısinı götürmüşdür.

Lakin daha bpyük təsiri əsərləri vasətəsilə sonrakı bəstəkarlara olmuşdur. Ölümündən sonra əsərləri hər bir klassk bəstəkarın əsas tətdiqat mınbıyinı çevrilmişdir.

Lüdviq Bethoven Motsart müsiqinindən bəhrələnən ən böyük bəstəkarldan biridir. Bethoven Motsartın əsərləri ilə yeniyetmılik illərində tanış olur v 1787-ci ildə Motsartla görüşmək arzus ilə Vyanaya yollanır. Tıtqiqatçılar Bethovenin bıəzi ısırlri ilə Motsartın əsərləirin müqayisı etmiş və oxşarlıəq nmüəyyən etmişlər. Məsıələ Çarlz Rozen Motsartın C minorda piano konserinin (K. 491) Bethovenin Üçüncü Konsertinin modeli olduğöunu göstərir. Piano üçün kvinteti (K.452) ilə isə Bethovenin Op.16 əsərini və A maorda simli kvarteti ilə (K. 464) Bethovenin A majorda Op. 18. No. 5 sərlərini müqayisıə edir. Motsartın 40-cı simfoniyasının Betvenin beşinci simfoniyasında oynadığı rol Bethovenin səxi qaralama dəfətində də göstırilmişdir. Bethoven həmçinin Motsartın D mnorda piano konsertinə K. 466. kadensiyalar bəstələmişdir.

Bir çox bəstəkarla isə Motsarta olan ehtiramlarını onun əsərlərinin sujetləri əsasəmda variyasaılar seroyası yazmaqla bilidrmişlər. Bethoven dörd belə seriya yazmışdır (Op. 66, WoO 28, WoO 40, WoO 46). Frederik Şopen Don Covanni operasından "Là ci darem la mano" parçasına solo paino üçün variyasalar (1827), Makx Recer isə K. 331 paoano sonatasında variyasıya süjeti əasində "Motsartın süjetlıəri əasasında variyasiyalar və fuqalar" seriyasını (1914) yazmışdır. Pyort İliç Çaykovski isə G minorda "Mozartiana" əaərində orkesra üçün 4 saylı suitasını dahi bəstəkara ithaf etmişdir.

Motsartın əsərləi müsair dövr pop ve digər musiqi lanrlaında da tez-tez istifadı olunur.

Köxel kataloqu

Motsartın əsərləri Köxel kataloqunda toplanmışdlr. Xronoloji qaydada tərtib olunmuş bu kataloqda hər bir əsər Kpxül kataqlo rəqəmi adlı spesifik rəqəmlə təyin edilir. Köxel kataloqunun ilk nışri 1862-ci ildə Lüdviq von Köxel tərəfinfən tamalnamışdılr. O dövrdən etibarən kataloq ayrı ayrı əsərlərin tarixi və müəllifıə aid olduğunu dəqiq təyin etdikcə təkrar-təkar nəşr edilir.

Motsart bədii ədəbiyyatda

Bellestrsitkal janrında yazan yazıçılar Motsartın həyatını əvəzolnmaz bəddi mnbı saymış və geniş çıəkildı müracıet etmişdlır. Motsart və Salyeri arasında guya mövcud olmuş gərfinlik isıə xüsusi maraq predmeti olmuşdur.[2] Motsartın məhz Salyeri tərəfindən zəhərlə öldürülmıəsi sə mAleksandr Puşkinin Motsart və Salyeri pyesində və Nikolay Rimski-Korsakovun eyniadlı operasında əsas süjet xətti olmuşdur. Bununlıa belə tədqiqatçılar Motsart və Salyeri arasında ehitam olunumuş bu ədavətin heç vaxt olmadıını qed etmişlər. Piter Şafferin Amadeus adlı öyesində dahi bəstəkarın hıyatı haqqında yazılanlar onu sevərlərin diqqıtini cəlb edir. Az sonra əsərin süjeti əsasında televiziya filmi də çəkilir. Şaffer bu əsərdə Motsartın davranıçındakı kobudluq və musiqinsindəki əsrarıngiz cizgilərni qarçıya qopur. Motsartın ölüm ayağlnda Salyeriyə musiqi diktə etmısi isə tamamilə müıallifin təxəyyülündən irəli gəlir.


Tarix: 29.01.2013 / 13:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1798 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...