beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yeganə Mürsəlova

Yeganə Akbudak (Mürsəlova) - Azərbaycan müğənnisi.Mündəricat
1 Həyatı
2 Diskoqrafiya
3 Xarici keçidlər
4 Mənbə


Həyatı

1981-ci il sentyabrın 3-də Sumqayıt şəhərində dünyaya gəlib. Orta təhsilini Sumqayıt şəhərində bitirmişdir. 1998-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu fakultəsinə daxil olmuşdur. 2002-ci ildə təhsilini uğurla başa çatdırmışdır.

Musiqiyə olan həvəsi uşaqlıq dövründən başlamışdır. Orta məktəb dövründə musiqi məktəbində musiqiyə olan həvəsini mükəmmələşdirməyə çalışmışdır. Ustad sənətçılərdən, muğam ustalarından, vokal müəllimlərindən dərs almışdır. 2002-ci ildə müğənni olaraq böyük səhnəyə ilk addımlarını atmışdır. Hal hazırda sənət karyerasını Türkiyədə davam etdirir. 2010-cu ildə Türkiyə vətəndaşı Fatih Akbudak ilə ailə həyatı qurmuşdur.[1]

Diskoqrafiya
Ay Bu Başıma Gelenler
Aramızda
Sәnmisәn
Selә Döndü
İstәmirәm
Sevәrmisin


Tarix: 29.01.2013 / 13:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 135 Bölmə: Bəstəkarlar Və Müğənnilər