beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xanlar Bəşirov

Bəşirov Xanlar Əyyub oğlu — Tanınmış rəqqas və rəqs müəllimi, Azərbaycanın əməkdar artisti, Xəzər Universiteti Musiqi və İncəsənət departamentinin müəllimi, Xəzər universitetinin oğlanlardan ibarət rəqs ansamblının bədii rəhbəri.Mündəricat
1 İlk təhsil və rəqsə həvəs illəri
2 Peşəkar rəqqas
3 Rəqqas-müəllim
4 Nüfuz və təltifləri
5 Filmoqrafiya
6 Xarici keçidlər
7 Həmçinin bax


İlk təhsil və rəqsə həvəs illəri

Xanlar Bəşirov 22 mart 1957-ci ildə Xanlar rayonunun (indiki Göygöl) inzibati mərkəzi olan Xanlar şəhərində anadan olmuşdur. Atasının işi ilə əlaqədar olaraq orta təhsilini bir neçə məktəbdə və bir neçə şəhərdə almışdır (1-ci, 2-ci sinifləri Xanlar, 3-cü sinfi Bakı, 4-cü sinfi Xanlar, 5-ci sinfi Moskva və 6-cı sinifdən orta təhsilini bitirənədək Bakı şəhərində). Dayısı Azərbaycanın əməkdar artisti peşəkar rəqqas Rafiq Əzizovun çıxışlarında tez-tez tamaşaçı kimi iştirak etdiyi üçün bu sənətə həvəsi yarandı. 1972-ci ildə Yuri Qaqarin adına Cücələrim ansamblına rəqs dərnəyinə yazıldı. İki il dərnəklərdə (Yuri Qaqarin adına pionerlər evində, Fioletov adına klubda, 26-lar klubunda və s.) məşğul olduqdan sonra bu sənəti özünə peşə seçməyi qərarlaşdırdı.

Peşəkar rəqqas

1974-cü ildə Azərbaycan Dövlət Filarmoniyasının Dövlət mahnı və rəqs ansamblında rəqqas kimi çalışmağa başladı. Həmin ildən də Bakı Xoroeqrafiya məktəbinin Azərbaycan Xalq rəqsləri şöbəsində təhsilini davam etdirdi. 1975-ci ildə Bakı Xoroeqrafiya məktəbini bitirib, 1974-1977-ci illər ərzində Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblında Azərbaycan Respublikasının şəhər və rayonlarında, keçmiş SSRİ şəhərlərində və Finlandiya, Belçika və Avstriya kimi xarici ölkələrdə milli-mənəvi dəyərlərimizi rəqs sənəti vasitəsilə təmsil etdi. 1977-1979-cu illər ərzində Sovet Ordusu sıralarnda Bakı şəhəri Zabitlər evində hərbi mahnı və rəqs ansamblında solist-rəqqas vəzifəsində xidmət edib.

Xanlar Bəşirov

Əsgəri xidmətini bitirdikdən sonra 1979-cu ilin aprel ayından 1986-cı ilin avqustuna qədər Rəşid Behbudovun əvvəl rəhbərlik etdiyi və sonra adını daşıdığı Mahnı teatrında rəqqas-solist vəzifəsində çalışmışdır. 1982-1987-ci illərdə Mirzəağa Əliyev adına İncəsənət institunun mədəni maarif şöbəsinin klub işinin təşkili ixtisası üzrə ali təhsil aldı. 1986-cı ildən 1996-cı ilə qədər Azərbaycan Dövlət Rəqs Ansamblında rəqqas-solist vəzifəsində fəaliyyət göstərib.

Rəqqas-müəllim

Xanlar Bəşirov 1996-cı ildə təqaüdə çıxdıqdan sonra rəqqas-solist, 1998-2002-ci illərdə isə bədii rəhbər vəzifələrində Bakı şəhəri Mədəniyyət idarəsinin nəzdində fəaliyyət göstərən Cəngi rəqs ansamblında çalışmışdır. 1997-ci ildən bugünə qədər Xəzər Universitetində rəqs müəllimi vəzifəsində çalışır.

Nüfuz və təltifləri

Keçdiyi sənət yolunda 50-yə yaxın xarici ölkələrdə milli-mənəvi dəyərlərimizi rəqs sənəti vasitəsilə təbliğ etmişdir. 1991-ci ildə əməkdar artist fəxri adına layiq görülmüş və 2007-ci ildə Qızıl Buta mükafatına layiq görülmüşdür. 2007-2008-ci illərdə Fikrət Əmirov adına əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və rəqs ansamblında baletmeyster və rəqqas-solist vəzifəsində çalışmışdır.

2007-ci ilin noyabr ayından oğlanlardan ibarət Azərbaycan Qartalları rəqs ansamblını təşkil etmişdir.

Evlidir, üç övladı, bir nəvəsi var.

Filmoqrafiya
Güllələnmiş heykəllər (film, 2002)


Tarix: 29.01.2013 / 13:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 500 Bölmə: Bəstəkarlar Və Müğənnilər