beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rəmiş

Rafiq Hüseynov - Azərbaycan gitaristi.

Həyatı

Rafiq Hüseynov 13 noyabr 1944-cü ilə Ağdamın Gülablı kəndində doğulmuşdur.

Rəmiş Güllü Hüseynovayla evlidir. Rəmiş bu evlilikdən öncə, iki dəfə evlilik həyatı sürüb, iki qızı var.



Yaradıcılığı

İlk musiqi təhsilini Üz.Hacıbəyov adına orta ixtisas musiqi məktəbində tar sinifndə almışdır. Onun böyük istedadı qısa bir vaxta onu böyük sənətkara çevirdi. Əsasən Ağdamda toyları Rəmişsiz təsəvvür etmək olmazdı. Rəmiş böyük sənətkarlarla qastrol səfərlərində, konsertlərdə olmuşdur. (Xalq artisti) Qədir Rüstəmovu, (Xalq artisti) Rubabə Muradovanı,(Xalq artisti) Yaqub Məmmədovu, (Xalq artisti) Səxavət Məmmədovu müşayət etmişdir və başqa dahi şəxsiyyətlərlə bir sıra məclislərdə iştrak etmişdir. Onun özünəməxsus və əvəzsiz yolu və gitaranı yaşatması, onun qəmgin və yaddaşlardan çıxmayan çalğısı onu xalqa sevdirdi. O, muğamatımızı əla bilir və onu özünəməxsus şəkildə yaşadır.

Rəmiş həmdə tar, piano, qarmon, zərb, ud və s. azərbaycan xalq çalğı alətlərlərində professional şəkildə ifa edə bilir.


Tarix: 27.01.2013 / 15:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 254 Bölmə: Bəstəkarlar Və Müğənnilər