beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oqtay Zülfüqarov

Oqtay Qədir oğlu Zülfüqarov - Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1972) Azərbaycan Respublikasının xalq artisti (2000) [1]Mündəricat
1 Həyatı
2 Əsərləri
3 Filmoqrafiya
4 Mənbə
5 Həmçinin bax


Həyatı

Zülfüqarov Oqtay Qədir oğlu 1929-cu il mayın 31-də anadan olub. 1972-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi adına, 2000-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb.

Əsərləri

"Əlibaba və 40 quldur" baleti /libretto müəllifindir/ (1990); Solist, xor və xalq çalğı alətləri orkestri üçün "Azərbaycan gəncləri" Odası (1992); 4 əl üçün piano variasiyaları (1993); Piano üçün konsert Pyesi (1997); R.Zəbioğlunun söz. solist və simfonik orkestr üçün "Oda" /akademik Z.Bünyadova həsr olunub/ (1997); Piano üçün "Beşik mahnısı" pyesi (1998); Qanun üçün Konsert pyesi (1998); Fleyta və violonçel üçün Pyes (1999).
Kukla teatrı tamaşalarına musiqi:

"Cırtdan" (1995); "İ voüt i bleüt" /libretto – H.Hüseynov/ (1997); "Dovşanın məhkəməsi" /libretto – M.Quliyev/ (1997); "Göyçək Fatma" /libretto – M.Dilbazi/, (1998); "Repka" /rus xalq nağılı əsasında/ (1999).
Uşaq mahnı məcmuələri:

"Aşıq mahnısı" (1993); "Uşaqlar özləri haqqında" (1994); "Novruz bayramı" (1996); "Ad günün mübarək", "Gedək gəzək" (1997); "Təbiətin qoynunda" (1997); "Böyüklərə hörmət et", "Topu mənə at", "Orduya xidmətə gedirəm", "Saat əqrəbi", "Ürəkləri sevindirək" (1998); "Ana həyatdır", "Gülə-gülə yaz gəlir" /müəllifin öz söz./ (1999); "Haralısan deməyin", "Abşeron bağları", "Yaşa doğma şəhərim" /müəllifin öz söz./ (2000); "Şən mozaika", "Balaca ustayam mən" /müəllifin öz söz./ (2001). "Aysel" televiziya filminə musiqi (1998). Orta ümumtəhsil məktəbinin II sinfi üçün "Musiqi" dərsliyi /həmmüəllif – T.Babayeva/, (rus dil.)(1990)
Bəstəkar Cahangir Zülfüqarovun atasıdır.

Filmoqrafiya
80 kilometr yerin altı ilə (film, 2002)(qısametrajlı sənədli film)(ANS tv)
Aslan və iki öküz (film, 1970)
Ayı və siçan (film, 1970)
Cırtdan (film, 1969)
Cırtdanın yeni sərgüzəşti (film, 1973)
Leyla və onun dostları (film, 1971)
Qayınana (film, 1978)
Səkkiz dəqiqəlik düşüncə və ya xarı bülbül (film, 2002)
Ustalar-qızıl əllər (film, 1976)
Üfüqü ötənlər (film, 2011)


Tarix: 27.01.2013 / 15:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 488 Bölmə: Bəstəkarlar Və Müğənnilər