Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ledi Qaqa

Lady Gaga (azərbaycan dilində oxunuşu: Ledi Qaqa); əsl adı Stefani Coan Ancelina Cermanotta ing. Stefani Joanne Angelina Germanotta; (28 mart, 1986-cı ildə anadan olub) — ABŞ-lı müğənni və bəstəkardır.Mündəricat
1 Həyatı
2 Albomlar
3 Turnelər
4 Həmçinin bax
5 Mənbə


Həyatı

İlk vaxtlar Nyu-Yorkdakı Lower East Side Loudbankcoast rok səhnəsində yer alaraq fəaliyyətə başlayan müğənni, 2007-ci ildə Insterscope-un alt şirkəti Streamline Records ilə müqavilə bağlamışdır. Burada bir müddət məşhur müğənnilər üçün musiqi sözləri yazmışdır. Bir müddətdən sonra məşhur müğənni Eykının (Akon) Ledi Qaqa ilə maraqlanmış və onun musiqi və vokal istedadını bəyənmişdir. Daha sonra Eykın onu yeni qurduğu Kon Live Distribution-a qatmışdır.

Ledi Qaqanın ilk albomu olan "The Fame", 19 avqust, 2008-ci ildə yayımlanmışdır. Albom qazandığı müsbət fikirlərlə yanaşı, albom Kanada, Avstriya, Almaniya, İrlandiya və Amerikanın musiqi top-listlərində #1-ə qədər yüksəlmişdir. Albom daha sonra altı dəfə Grammy Mükafatına namizəd göstərilmişdir və "Ən yaxşı elektronik-rəqs albomu" və "Ən yaxşı rəqs" nominasiyalarının qalibi olmuşdur. Nyu Kids on d' Blok (New Kids on the Block) və Pusiket Dolz (Pussycat Dolls) kimi qrupların konsert turlarında açılış ifaçısı kimi çıxış edən Qaqa, 2009-cu ilin əvvəllərində "The Fame Ball Tour" adlı öz turunu başlatmışdır. 2009-cu ilin dördüncü rübündə Qaqa, ikinci albomu "The Fame Monster" albomunu yayımladı. İlk sinqlı "Bad Romance" ilə çox böyük uğur əldə edən Qaqa, ikinci turuna – "The Fame Monster Ball Tour"a başladı.

Ledi Qaqa Devid Bovi (David Bowie), Fredi Merkyuri (Freddie Mercury) kimi glam rock musiqiçiləri, Madonna, Maykl Cekson (Michael Jackson) kimi pop musiqiçilərindən ilham aldığını deyib. Bunlardan əlavə onun musiqilərinə dəbin də təsir göstərdiyini açıqlayıb. 2010-cu ilə qədər dünya səviyyəsində 23 milyondan çox albom, 64 milyondan çox sinql satışı edən Qaqa, 2010-cu ilin iyun ayında "Forbes" jurnalına görə dünyanın ən güclü və təsirli 100 insanından biri seçilib. Qaqa həmçinin, Twitter-də 30 milyondan, Facebook-da 60 milyondan çox təqibçi sayına malik olaraq, sosial şəbəkədə ən çox tanınan müğənnilərdəndir.

Albomlar
The Fame (2008)
The Fame Monster (2009)
Born This Way (2011)


Tarix: 26.01.2013 / 13:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 343 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...