beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nailə İsayeva

Nailə İsayeva (29 may 1947, Quba) — pedaqoq, Xəzər Universiteti nəzdindəki Dünya məktəbi nin direktoru (2000-2010-cu illərdə), Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının müşaviri (2010-cu ildən başlayaraq) və mahnı bəstəçisidir.Mündəricat
1 Həyatı və işi
2 Mahnılar
3 Mənbə
4 Xarici keçidlər


Həyatı və işi

Nailə İsayeva 1947-ci il may ayının 29-da Quba şəhərində anadan olmuşdur. SSRİ-nin 50 illiyi adına rus dili institutunu (indiki Bakı Slavyan Universiteti) bitirmiş, Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutu nun xüsusi konstruktor bürosunda çalışmış, orta məktəblərdə və Xəzər Universitetində rus dili tədris etmişdir.

Hazırda Xəzər Universiteti nəzdində fəaliyyət göstərən Dünya məktəbi nin direktorudur. Bu məktəb 3-5 yaşlı uşaqlar üçün hazırlıq siniflərindən, ibtidai (1-4-cü siniflər), aşağı orta (5-9-cu siniflər) və yuxarı orta (10-11-ci siniflər) məktəb-şöbələrdən ibarətdir.

2009-cu il yanvar ayının 16-da Nailə xanımın başçılıq etdiyi Dünya məktəbi beynəlxalq status aldı - İB World School oldu. Başqa sözlə desək, Beynəlxalq Bakalavriat Təşkilatı - İnternational Baccalaurate Organization - İBO -nun üzvü oldu.

Təhsilə məzmun və forma baxımından böyük yeniliklər gətirmiş İB təşkilatı 1968-ci ildə yaradılmışdır. İBO ibtidai və orta məktəb sahəsində nümunəvi dünya şəbəkəsi quran yeganə təşkilatdır. Dünyada cəmi 1878 məktəb İB diplomu verə bilir, onlardan biri də Xəzər Universitetinin Dünya məktəbidir. Keçmiş Sovet ölkələrində İB diplomu verən cəmi 22 məktəb mövcuddur.

2010-cu ilin sentyabrında Xəzər universiteti Direktorlar və Qəyyumlar Şurasının müşaviri kimi fəaliyyətə başladı.

Mahnılar

Nailə xanım bir sıra populyar mahnılar bəstələmişdir. Bu mahnıları Arif Babayev, Flora Kərimova, İlqar Muradov, Brilliant Dadaşova, Aygün Bəylər, Manana Caparidze, Samir Cəfərov, "Kristal" qrupu, Dünya məktəbinin xoru və başqaları ifa etmişlər.
Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının həyat yoldaşıdır.


Tarix: 27.01.2013 / 14:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 437 Bölmə: Bəstəkarlar Və Müğənnilər