beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mirzə Fərəc Rzayev

Mirzə Fərəc Rza oğlu Rzayev (15.03.1847, Bakı – 27.03.1927, Bakı)– tarzən.

Həyatı

Fərəc oğlu Rzayev 15 mart 1847 ci ildə Bakı şəhərində anadan olmuşdur.

İfaçılıq sənəti Bakı (Abşeron) muğam ifaçılığı məktəbi ilə bağlıdır. Tar ifaçılığını tarzən Şirazlı Əlidən öyrənmiş, sənətini təkmilləşdirmək məqsədilə bir müddət İranda yaşamış və muğam sənətinin dərin sirlərinə yiyələnmiş, qədim musiqi traktatları ilə tanış olmuşdur.

Mirzə Fərəc Bakıda Məşədi Məlik Mansurovun musiqi məclislərinin fəal üzvü olmuşdur. Bir çox məşhur xanəndələrlə birgə çalışmışdır. Musiqi tarixi ilə yaxından maraqlanmış, muğamların dərin bilicisi kimi tanınmışdır.

Üzeyir Hacıbəyovun rəhbərliyi ilə 1925-ci ildə muğam tədrisi üzrə ilk proqramın hazırlanmasında digər görkəmli muğam ustadları ilə yanaşı iştirak etmiş, "Muğam komisyonu"nun üzvü olmuşdur.

Onun tərtib etdiyi muğam cədvəlləri o dövrün muğam ifaçılığı təcrübəsində mövcud olan muğamlar, onların tərkibindəki şöbə və guşələr barədə dolğun məlumat verir və müasir musiqi elmi üçün mühüm əhəmiyyətə malikdir.


Tarix: 26.01.2013 / 13:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 181 Bölmə: Bəstəkarlar Və Müğənnilər