beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Miri Yusif

Miri Yusif — populyar Azərbaycan repçisi və müğənnisi.Mündəricat
1 Həyatı
1.1 Başlanğıc - Dəyirman
1.2 Avara
1.3 Karma
2 Konsertlər
3 Diskoqrafiyası
4 Mənbə


Həyatı

Başlanğıc - Dəyirman

Məqsədyönlük, lap uşaq çağlarından musiqiyə olan sevgi və bağlılıq onun uğurunun əsasını təşkil edə bildi. Fövqəladə xarizma və səmimi ifa isə mahnılarına xüsusi çalar qatdı. Hər zaman qəlbinin səsini dinləyən Miri Yusifin Azərbaycandakı ikinci solo albomunu “Karma” adlandırması da təsadüfdən doğmadı. Jazz və Blues elementləri daşıyan və Reggi tərzində yazılmış bu albomun hər bir mahnısı onun daxili aləminin əksi, hisslərinin aynasıdır.
Vaxtilə isə hər şey tamamilə fərqli idi. Boz Bakı küçələri, audio pleyerlər, qeyri-peşəkar səsyazmalar və nəhayət, “Dəyirman” qrupundakı ilk addımlar. Bu qrupun üzvlərini yalnız səhnə deyil, gerçək həyatda da möhkəm dostluq birləşdirirdi. Bugünə qədər davam edən bir dostlug. Qrupun populyarlığı, yeniyetmə həyatının çılğınlığı, dəlisov sevgi macəraları onun həyatını yeknəsəklikdən azad etmişdi. Halbuki, təbiət etibarilə o, ciddi və tək məhəbbətə bağlı birisi idi. Elə məktəb skamyasından başlayan bu məhəbbət onu Amerikaya apardı.

Avara

Böyük və eyni zamanda, cavabsız məhəbbət. Onu uzaq bir ölkənin hava limanında öz hissləri ilə təkbətək qoyan bir eşq. Gözlədiyi, uğrunda hər şeyi atıb gəldiyi deyil, yad insanlar qarşıladı onu burda. Bu ölkədə onun yeganə dəstəyi hər zaman minnətdar olduğu dostu Teymur Nuriyev oldu. Beləcə, əsl həyat dərsləri başlandı. Miri Yusifin qarşısında 2 seçim vardı - Bakıya qayıdaraq qayğısız həyata davam və ya hər şeyi yenidən, bəmbəyaz səhifədən başlama. Yusifi tanıyanlar bilir, o, sakit və stabil bir yaşam tərzini seçə bilməzdi. Ona dəyişikliklər, yeni zərbələr, yeni təkanlar lazım idi. Və o, Amerikanı seçdi. Düz yarım il demək olar, küçədə qaldı, heç bir işdən çəkinmədi, ofisiant da işlədi, qabyuyan da. Nə qalmağa yeri vardı, nə normal işi. Ancag karantin adlandırdığı bu dönəmdə belə, ürəyi yeni mahnılarla doldu, musiqilər, sözlər yazıldı. Daha sonra bunlar “Everrock Records” studiyasında yazılan “Avara” adlı ilk albomunda birləşdi. Hər bir mahnı onun bu qərib ölkədəki sınaq kimi davam edən həyatından və ən əsası, bir kişilik məktəbi keçməsindən xəbər verirdi. Özünün də yazdığı kimi “cahandan çıxan sözüm sınaqdı”.

Karma

Vaxt keçdi, hər şey yavaş-yavaş öz yoluna düşdü, axarını tapdı. İndi o arada bir Bakıya, yaxınlarının, xiffətini çəkdiyi əzizlərinin yanına da gələ bilirdi. Və elə o gəlişlərin birində konsertdə bir qızla qarşılaşdı. Taleyin qəribə bir yazısı ilə ertəsi gün həmin qız özü, ailə dostları Fidan Qasımovayla onların evinə gəldi. Yəqin elə budur qismət. Özü öz ayağı ilə qapıya qədər gələn. İlk zamanlar bir macəra kimi başlayan hisslər daha sonra güclü bir məhəbbətə çevrildi. Cəmi 1 ay sonra onların artıq öz ailəsi yarandı. Bu eşq hekayəsinin ilk töhfəsi “Sənin Üçün” hiti, ən böyük barı isə 9 ay sonra dünyaya gələn Mir Hüseyn oldu. Mir Hüseyn də atası kimi səlis duyumlu, musiqiylə doludur. Ümumiyyətlə, ailənin yaranması Miri Yusif üçün dönüş nöqtəsi oldu, ona yaşamağa, yaratmağa ilham qanadları bəxş etdi. O, qayğıkeş ata, sevən həyat yoldaşıdır. Məhz ailənin yaranması ilə o, həyatının digər bir önəmli yolunda irəlliləməyə başladı. Bu “Karma” albomunun doğulmasına doğru aparan bir yol idi. Bu yol düz 2 il uzandı. Görəsən, “Karma” yaranarkən onun qəlbi ilə səsləşməyən, şəxsiyyətini ikiyə bölən, təzad dolu emossiyalar tüğyan edirdimi? Bu suala o özü də dəqiq bir cavab tapmayıb.
1 dekabr 2010-cu il tarixində SS Production şirkətinin təqdimatı ilə “Karma” albomunun tanıtımı Miri Yusifin qısa solo konserti ilə müşaiyyət olundu. Bu böyük səhnədəki konsertə yönəlmiş ilk addım idi.
“Karma” ürəkdə çırpınan hissləri azadlığa buraxdı. Qəlbin ətraf aləmlə harmoniyası isə "Nirvana"ya yüksəlişə yol açdı. Məhz bu ovqat yeni albomun ana mövzusudur.
“Heç Kiməm” adlı yeni sinql da bu fəlsəfi axtarışın ilk müjdələrindəndi.

Konsertlər
“Adınla Bağlı” (2010)
“Səndən Olmaz” (2011)
“Deja Vu” (2011)
“Nirvana” (2012)
“Miri Yusif & Nikki Jamal" (2012)

Diskoqrafiyası
Əsas məqalə: Miri Yusif diskoqrafiya

2006 Avara
2010 Karma
2011 Karvan
2012 Nirvana


Tarix: 26.01.2013 / 13:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 672 Bölmə: Bəstəkarlar Və Müğənnilər