beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mariya Kallas

Mariya Kallas (yunan. Μαρία Κάλλας, doğum şəhadətnaməsindəki adı - Sofiya Seseliya Kalos, ing. Sophia Cecelia Kalos, xaç suyuna çəkilərkən aldığı ad Anna Mariya Sesiliya Sofiya Kaloqeropulos, yunan. Άννα Μαρία Καικιλία Σοφία Καλογεροπούλου) — yunan əsilli Amerika opera müğənnisi, soprano. XX əsrin ən məşhur opera müğənnilərindən biri. O, ifadəli belkanto texnikasına, geniş səs diapazonuna və böyük artistlik istedadına sahib idi. Onun repertuarına klassik operalardan tutmuş Donizetti, Bellini, Rossini, Verdi və Puççininin bel-kanto operaları daxil idi.

O, özünün nəzərəçarpan musiqi və artistik qabiliyyətlərinə görə La Divina (tərc. İlahə) ləqəbinə layiq görülmüşdü.

Həyatının son illərini Parisdə yaşamış və 16 sentyabr 1977-ci ildə miokard infarktından vəfat etmişdir. Cəsədi kremasiya olunaraq külü Parisdəki Per-Laşez qəbiristanlığında yerləşdirilmiş, daha sonra öz vəsiyyətinə uyğun olaraq Egey dənizinə səpilmişdir.


Tarix: 26.01.2013 / 13:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 119 Bölmə: Bəstəkarlar Və Müğənnilər