beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Günel Musəvi

Günel Musəvi — teleaparıcı,müğənni.

Həyatı

1986-1995-ci ilde 46 nömrəli orta məktəbi bitirib.

1996-2000- ci illərdə Elm və Təhsil Ocağı olan "Təffəkür" Universitetini bitirib.

Universitetdə KVN-Şən və Hazır Cavab kamandasında aparıcı aktrisalardan biri olub. 1998-ci ildə Bakıda Universitetlər arasında "Təffəkür" Universiteti Çempion adini qazanmışdı.

1999cu ildə 106FM Radio’sunda DJ-aparıcı vəzifəsində çalışmağa başlayıb. Bir il orada Emin Musəvi ile bərabər "Yuxudan Oyan" verilişinin aparıcısı oldu. Daha sonra 2000ci ildə ABA teleкanalında ilk öncə Azərbaycanda ilk yerli Xit Paradı yaradıb "Qizil Onluq" verilişinin aparıcısı oldu. Daha sonra isə əyləncəli-musiqili, o zamanlar üçün analoqu olmayan "100%" verilişində aparıcılıq etməklə olkənin ən populyar aparıcılar siyahısına daxil olundu. Həmən il "100%" verilişinə görə ilin ən yaxşi musiqili-əyləncəli veriliş naminasiyasinda Grand mukafatına layiq görüldü.

2001-2002 ci illər ərzində Lider teleradio sirkətinə "Tezden Oyan" verilişində və eyni anda Lider 107 FM radio’sunda "Tərsinə" verilişlərində aparıcı olub.

2003-2004 ci illerde Spaсe TV’dı "Çərçivə" musiqili-əyləncəli verilişini yaratdi ve böyük uğurla onu apardi. 2004 ildə 6 aylıq Azərbayacanı tərk edib Amerikada yaşayan qardaşının yanına yerləşdi. Dönəndən sonra 2 il fəaliyyətsiz qaldı. Artıq 2006-2008ci illərdə yenidən Lider TV’də vaxtı ilə populyar olmuş "100%" verilişini yenidşn bərpa etmiş canlı yayımda hər gün 1 saat ərzində tamaşaçılara unudulmaz bir dəqiqələr yaşadıb. Verilişdə ölkənin ən populyar müğənnilər və mədəniyyət xadimləri iştirak edirdilər. Daha sonra 2008 ildə 5 ay ərzində "Salam" verilişini apardı. Bu illər ərzində eyni anda TV’də və Radioalarda səslənən və göstərilən reklam çarxlarını Azərbaycan dilində səsləndirib. Həmçinin bir sıra müğənnilərin kliplərində (2 defe Elariz Memmed oglu, Izzət Bagirov, Sabir və s.) çəkilib ki,həmin kliplərin də rejissorları tanınmış klipmeykerlər Aqil M. Quliev, Elxan Cafarov, Xanlar Agayev olub.

G.Musəvi daha sonra Aztv-nin çəkdiyi "Oyuncu" serialindarol alıb, orda teref muqabili Yasar Nuriyev olub. G.Musəvi həm də müğənni kimi fəaliyyət göstərib.

2 klipi, 7 mahnisı var.

"Qaytar" adli mahnisina çəkilən klip çox populyar olub və qısa zamanda hitə çevrilib. 2009cu ildə Amerikanın Alabama ştatının Troy şəhərində "Troy" Universitetinde təhsilini davam etdirməyə yollandı. Daha sonra 2010cu ildə Amerikanın Minnesota ştatının Saint Paul şəhərinə yerleşib və "Metrostate Universitety"-də Uşaq Psixologiyası üzrə təhsilni davam etdirib.


Tarix: 25.01.2013 / 19:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 480 Bölmə: Bəstəkarlar Və Müğənnilər