beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Firudin Allahverdi

Firudin Allahverdi - Azərbaycan bəstəkarı.Mündəricat
1 Həyatı
2 Mükafatları
3 Əsərləri
4 Filmoqrafiya
5 Videolar
6 Xarici keçid
7 İstinadlar


Həyatı

1980-ci ildə Bakı şəhərində anadan olub. 2003-cü ildə Bakı Musiqi Akademiyasını bəstəkarlıq ixtisası üzrə (prof. Xəyyam Mirzəzadənin sinfi) bitirib. 2006-cı ildə Almaniyada keçirilən Stockhausen-Courses`larda iştirak etmişdir. Azərbaycan İdman və Gənclər Nazirliyinin keçirdiyi müsabiqədə gənclər arasında 2001-ci ilin ən yaxşı mahnı və romans bəstəkarı adını almış, 2002-ci ildə Dövlət Sərhəd Xidmətinin keçirdiyi marş müsabiqəsində I yeri tutmuşdur. Əsərləri yerli və xarici ansambllar tərəfindən ifa olunmuşdur.

2008-ci ilin avqust ayında İsveçrədə gənc bəstəkarlar arasında keçirlən 4-cü Beynəlxalq müsabiqədə (pre-Art) Firudin Allahverdi "Paradoxes" əsəri ilə müsabiqədə birinci yeri tutaraq müsabiqənin əsas mükafatına layiq görülmüşdlür.[1]

Firudin Allahverdi bəstəkarlıq fəlaiyyəti ilə bərabər Azərbaycan mədəniyyətində mövcud problemlərlə bağlı vaxtaşarı qəzet səhifələrində də maraqlı yazılarla çıxış edir. O, yeni nəsil azərbaycanlı gənclər arasında fərqlənən ən bariz intellektuallardandır. Firudin həmçinin Azərbaycanda fəaliyyət göstərən, rus dilli intellektuallarının yaratdıqları "kultura.az"[[1]] mədəniyyət və incəsənət internet potalının idarə heyətinin üzvüdür.

Mükafatları
Azərbaycan Gənclər və İdman nazirliyinin "Gənclər mükafatı" (2002, 2006);
"Sərhədçilər: dünən, bu gün, sabah" müsabiqəsində I mükafat;

Əsərləri
Fortepiano musiqisi:
Prelüdlər (1999);
Variasiyalar (2000);
Kamera musiqisi:
Sonata (P-no, V-n) (2001);
Quartet in D (String quartet) (2002);
Hara (Cl, V-n, P-no) (2004);
BI-lennium (8 əl üçün) (2004);
BI-lennium II (4 əl və Tape);
Çayxana (3 ansambl və zərb alətləri) (2005);
Yar - Aman (Eng.Horn, Guitar, Soprano) (2005);
Pre_Post (Piano, Guitar, V-n, V-cello, zərb alətləri;
Orkestr musiqisi
Orkestr üçün Musiqi (2003);
Orkestr ve Xor üçün "Qarabağ" odası (2004);
Teatr musiqisi
Samir Sədaqətolu "Itən Vaxt" (Baki Kamera Teatrı; rej. Cənnət Səlimova, tamaşa 2002- ci ildə Teatr Xadimləri İttifaqının xüsusi mükafatına layiq görülüb.)
Mirzə Fətəli Axundov "Hekayəti-Xırs-Quldurbasan"(Baki Kamera Teatrı; rej. Cənnət Səlimova, tamaşa 2003-cü ildə "Qızıl Dərviş" mükafatına layiq görülüb.)
Hüseyn Cavid "Şeyx Sənan"(Baki Kamera Teatrı; rej. Cənnət Səlimova, 2006)
"Vətən" (Bakı Uşaq Teatrı; 2003);
Rüstəm İbrahimbəyov "Unudulmuş avqust" (Bakı Slavyan Universiteti; 2003)

Filmoqrafiya
Bəylik dərsi (film, 2007)
Mərhəmətin dadı (film, 2007)
Yalançılar (film, 2008)
Teatral həyat (film, 2009)
Əzizim Fellini (film, 2010)
Mürafiə vəkillərinin hekayəti (film, 2011)
Səhərə inan... (film, 2011)

Videolar
"Music for 12 musicians" [[2]]
"BI-lennium II" [[3]]
"Təfsir" [[4]]


Tarix: 25.01.2013 / 19:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 388 Bölmə: Bəstəkarlar Və Müğənnilər