beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elton İbrahimov

İbrahimov Elton Nazim oğlu — Azərbaycanda "Eurovision - 2012" milli seçimin finalisti, ikinci yer tutdu. Gənc müğənni, musiqiçi, rəqqas.

Mündəricat
1 Həyatı
2 Solo karyera
3 Diskoqrafiya
4 İstinadlar


Həyatı

Elton İbrahimov 3 noyabr 1994-cü ildə Rusiyada, Novosibirsk şəhərində anadan olub. Orada 73 saylı orta məktəbi bitirib. 6 yaşından etibarən "Antares" klubunda idman bal rəqsləri ilə məşğul olmuşdur. Rusiyada keçirilmiş çox sayli müsabiqələrə qatılmış, 100-den cox mükafat qazanmışdır. 8 yaşından "Sintez" pop sənəti studiyasında ifaçılıqla məşğul olmuşdur. Novosibirsk 3 saylı musiqi məktəbini bitirib, gitar və pianoda ifa edir.

2006-cı ildə "Action" adlı qrupda çalışmış və bu qrup beynəlxalq müsabiqələrdə iki dəfə əsas mükafatın sahibi olmuşdur. 2012-ci ildə yerli səs müsabiqəsi olan "Qızıl Not" yarışmasının qalibi olmuşdur. 2011-ci ildə Elton İbrahimov "Öz ulduzunu alışdır" adlı beynəlxalq müsabiqəsində ikinci yer tutmuşdur. Eyni ildə o, Barnaulda keçirilən və yerli miqyaslı yarışması olan "Cənab Şlayager 2011" adlı yarışmanın qalibi olmuşdur. Elton rus, ingilis, azərbaycan, türk və italyan dilində mahılar ifa edir.

Solo karyera

Elton İbrahimov Bakıda "Eurovision - 2012", milli seçim yarışmalarında 120 nəfər iştirakçı arasinda finala vəsiqə qazandı. Final Heydər Əliyev Sarayında keçirildi və orada o ikinci yeri tutdu. 2012-ci ildə o, «Even if» adlı ilk singl buraxmışdır.

Diskoqrafiya
Ilk singl Even if (2012)


Tarix: 24.01.2013 / 19:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 211 Bölmə: Bəstəkarlar Və Müğənnilər