beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bathory

Bathory, İsveçli black metal qrupudur. 1983-cü ildə İsveçdə Quorthon ləqəbli Tomas Forsberg, bas qitarist Hanoi və baterist Vans tərəfindən qurulmuşdur. Bir neçə dəfə qrup adı dəyişsədə sonda Quorthon, Bathory olaraq qalmasını istəyib. Adını bir çoxlarının biləcəyi üzrə Venomun Countess Bathory adlı mahnısından almamışdır. Necə ki özü Venom fanı deyil. Black metalın bu günkü halını alması Venom qədər Bathory'nində əməkləri sayəsində olmuşdur. Venomun bu növün ilk nümunəsi olmasında sözləri və imiclərinin köməyi vardır. Venom və Celtic Frost thrash metala daha yaxındırlar, buna görə də musiqi baxımından black metala ən böyük töhfəni Bathory etmişdir. Bathory 1985'dən sonra heç konsert verməmişdir. Bu tarixdən əvvəlki konsertləriysə kiçik qruplara verilmişdir. Quorthon qrupdan hər dəqiqə üzv çıxartmaqla məşhur idi. 1984-1988'ci illər black metal, 1994-1995'ci illər trash, 1988-1991 və 1996-2004'cü illər isə Viking metal icra edib. Tərkibində bir çox black / thrash qrupunu saxlayan Blackmark Productionsun müdiri Quorthon'un atasıdır. Necə ki bütün Bathory albomları Blackmark Productions etiketiylə bazara çıxarılmışdır. Bathory'nin black metalın ortaya çıxmasında pay sahibi olduğu qədər eyni zamanda "Blood Fire Death" albomuyla Viking metalın da qabaqcıl qruplarından olduğu bilinməkdədir. Qrupun frontmanı (vokal işini də öhdəsinə götürən əsas adam) Quorthon'un 2000-ci ildə Lake Of Tears vokalisti ilə birlikdə Silverwing adlı gothic / doom metal qrupunda bir demo fəaliyyəti olmuşdur. Bathory arxasında 3 tribute (ölənin arxasından hörmət əlaməti olaraq çıxarılan 'yad etmə' albomu), 200'dən çox cover (tribute'lər də daxil), 2 film soundtrackı və 16 albom buraxmışdır. Qrup, fəaliyyətinin ilk illərində anti-xristiyanlıq, laveyanlıq kimi mövzularla fanlarının diqqətini çəkmişdir. Sonrakı illərində Skandinaviya mifologiyası və Odinizm üzərində sıx duraraq ölkəsinin tarixini mahnı sözlərində qabarıq ifadə etmişdir. Qrupun frontmanı Quorthon 7 İyun 2004 tarixində İsveçdə evində keçirdiyi ürək çatışmazlığından vəfat etmişdir.

DiskoqrafiyaAdıTarixi
Scandinavian Metal Attack1984
Bathory1984
The Return......1985
Under the Sign of the Black Mark1987
Blood Fire Death1988
Hammerheart1990
Twilight of the Gods1991
Twilight of the Gods1991
Jubileum Volume I1992
Jubileum Volume II1993
Requiem1994
Octagon1995
Blood on Ice1996
Blood on Ice1996
Jubileum Volume III1998
Katalog2001
Destroyer of Worlds2001
Nordland I2002
Nordland II2003
Nordland I & II2004
In Memory of Quorthon2006
In Memory of Quorthon Volume II2006
In Memory of Quorthon Volume I2006
In Memory of Quorthon Volume III2006
In Memory of Quorthon (The Vinyl Box)2011


Tarix: 24.01.2013 / 18:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 448 Bölmə: Bəstəkarlar Və Müğənnilər