beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aşıq Oruc

Aşıq Oruc Əhmədov – ustad aşıq.Mündəricat
1 Həyatı
2 Haqqında yazılan məqalələr
3 Mənbə
4 Şəkilləri
5 Xarici keçidlər
6 Həmçinin bax


Həyatı

Oruc Vəli oğlu Əhmədov 20 mart 1920-ci ildə Göyçə mahalının Yarpızlı kəndində "Fərzalılar" nəslində anadan olub. Atası Vəli (1854-1929) də Göyçə mahalında və eləcə də Azərbaycanın digər bölgələrində tanınmış aşıq olub.

1949-cu ildə ermənilərin mənfur siyasəti nəticəsində doğma kəndlərindən Gədəbəy rayonunun Zəhmət kəndinə deportasiya olunmuşdur.

1929-cu ildə atası vəfat etdikdən sonra onun sazını sinəsinə alaraq çalıb oxumağa başlamışdır. Bir neçə il Aşıq İbrahim Alışan oğlunun şəyirdi olub.

1939-cu ildən müstəqil aşıqlığa başlayıb.

Azərbaycanda aşıqlar arasında tezliklə tanınan Aşıq Oruc Vəli oğlu respublikada keçirilən mədəni tədbirlərdə, festivallarda, Azərbaycan aşıqlarının III qurultayında iştirak edib, əməkdar mədəniyyət işçisi adına layiq görülüb. 60-dan çox saz havasını çalıb-oxuyurmuş.

1953-1970-ci illərdə Gədəbəy aşıqlarına ağsaqqallıq edib. Miskin Vəli və Aşıq Məhəmmədəli ilə bərabər neçə-neçə məclislər keçirib. Aşıq şeirinin bir çox şəkillərində şeirlər yazıb.

Aşıq Orucun Aşıq Şahsuvar və Aşıq Nurəddin adında iki şəyirdi olub.

1976-cı ildə Gədəbəy rayonunun Zəhmətkənd kəndində vəfat edib.
Aşıq Vəlinin oğludur.
professor İsmayıl Məmmədovun atasıdır.

Haqqında yazılan məqalələr
G.Məmmədova. Tarlada şənlik, "Təşəbbüs" qəzeti, №33(81), 9 aprel 1966-cı il, Yevlax.
M.Qardaşov. Aşıqlar ansamblı, "Qırmızı bayraq" qəzeti, №61(619), 27 may 1966-cı il, Zaqatala.
Ürəklərə yol tapır, "Tərəqqi" qəzeti, №58(2647), 20 may 1969-cu il. Gədəbəy.
El sənətkarları, "Tərəqqi" qəzeti, №83(2822), 16 iyul 1970-ci il. Gədəbəy.
Əli Əliyev, "El aşığı" məqaləsi, "Tərəqqi" qəzeti, №103(2994), 31 avqust 1971-ci il. Gədəbəy.
Z.Müseyiboğlu, Əməkçilərə hədiyyə, "Tərəqqi" qəzeti, №35(3384), 21 mart 1974-cü il. Gədəbəy.
Məhərrəm Qasımlı, "Ustad", "Ədəbiyyat qəzeti", 22 fevral 1991-cı il,№8.
Abbas Vəfadağlı. "Ustad", "Folklor və Etnoqrafiya" jurnalı, №4, 2010-cu il. səh.48-51.
Araz Yaquboğlu, "Aşıq Orucun sazlı-sözlü dünyası", "Ozan dünyası" jurnalı, №4(7), 2011. səh.99-102.


Tarix: 23.01.2013 / 22:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 458 Bölmə: Bəstəkarlar Və Müğənnilər