beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

A-Team

A-Team - 2009-cu ildə yaranmış rep-qrupu.Mündəricat
1 Bioqrafiya
2 Konsertlər
3 Albomlar
4 Kliplər
5 Rəsmi səhifələr


Bioqrafiya

A-Team Dakodje və Şahruz tərəfindən 2009-cu il, fevral ayının 16-da rəsmi surətdə yaradılmşdır. Daha sonra qrupa daha üç üzv gəlsədə zamanla şəxsi problemlərə görə qrupu tərk etmiş və A-Team-in heyyəti Dakodje və Şahruz olaraq qalmışdır. 2010-cu ilin iyun ayının 15-də, Ans ÇM radiosunun Çingiz Mustafayevin 50 illik yubileyinə həsr etdiyi "Vətənpərvər Mahnı Müsabiqəsi"ndə Dakodje 3-cü yerə layiq görülür və tədbirdə yer alır. 2010-cu il sentyabr ayının 15-i A-Team-in "La Edri" adlı ilk albom işıq üzü görür. 2010-cu il sentyabr ayının 19-u "3 Nöqtə..." adlı ilk konsertləri baş tutur. "La Edri" albomu pulsuz olaraq konsertə gələn hər bir dinləyiciyə paylanır. Durmadan fəaliyyətdə olan qrup 2011-ci il fevral ayının 27-i "333" adlı albomlarını dinləyicilərini təqdim edir və eyni adlı ikinci konsertlərini "333" adlı albomun təqdimat konsertini keçirdirlər. Konsertə dəstək üçün Azərbaycan rapinin ən tanınan simaları qonağ gəlmişdilər. Beləki, Host qrupundan Promete, Caspian Clan-dan Uran, Klan A Plan qrupu, Nəğd Pul qrupundan Hilal Demo və s. Konsertdə "333" albomu limitli sayda xüsusi dinləyicilərə satılır. Daha sonra 2011-ci ilin yay aylarında A-Team ilk klipinin çəkilişlərini həyata keçirir. Klip ilk albomları olan "La Edri"-dən "Bağışla" adlı sevilən track-ə çəkilir. Sentyabr ayının əvvəllərində isə Dakodje-nin solo albomunda yer alacaq "Sevgiliyə Nifrətlə" adlı track-ə klipin çəkilişləri başlayır. "Sevgiliyə nifrətlə" adlı klip 2011-ci ilin oktyabr ayının 8-i dinləyicilərə təqdim olunur. "Bağışla" track-inə çəkilmiş klip isə 2011-ci ilin oktyabr ayının 25-i dinləyicilərlə paylaşılır. Yenə fəaliyyətini dayandırmayan qrup 2012-ci ilin fevral ayının 12-i öz dinləyicilərinin qarşısında üçüncü "Rep3at" adlı konsertləri ilə çıxış edirlər. Eyni adlı üçüncü albomlarıda konsert günü dinləyicilərə təqdim olunur. Beləcə onlar üçüncü konsert və üçüncü albomlarını öz dinləyiciləri ilə paylaşmış olurlar. Daha sonra Şahruz və Dakodje öz solo albomları üzərində işləməyə başlayırlar və bu arada Şahruz öz solo albomunda yer alacaq "Heç kim" adlı track-nə eləcə də Dakodje öz solo albomunda yer alacaq "Qarşıma Çıxdı" adlı parçaya klip çəkdirir. Kliplər hələ dinləyicilərə təqdim olunmayıb. 2012-ci ilin may ayının 9-u Dakodje-nin "2012" adlı kitabı çapdan çıxır və Şahruz "Univision" yarışmasında iştirakçı kimi yer alır və hal hazırda A-Team özlərinin 4-cü albomlarının üzərində işləyirlər.

Konsertlər

2010-cu il sentyabr ayının 19-u "3 Nöqtə..." adlı ilk konsertləri baş tutur.

2011-ci il fevral ayının 27-i "333" adlı albomun təqdimat konsertini keçirdirlər.

2012-ci ilin fevral ayının 12-i öz dinləyicilərinin qarşısında üçüncü "Rep3at" adlı konsertləri ilə çıxış edirlər.

Albomlar
La Edri (2010)
333 (2011)
Rep3at (2012)


Tarix: 23.01.2013 / 21:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 315 Bölmə: Bəstəkarlar Və Müğənnilər