beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zahid Quliyev

Quliyev Zahid Abdulla oğlu — azərbaycanlı müğənni.

Həyatı

Zahid Quliyev 1961-ci ildə Cəbrayıl rayonunun Söyüdlü kəndində dünyaya gəlmişdir. Qarabağ muğam ənənələrinin davamçısı olmuşdur. Atası Aşıq Abdulla Qarabağın məşhur aşıqlarından idi, dastanları və muğamları böyük məharətlə ifa edirdi.

Professional musiqi təhsilini Zahid Quliyev Bakıda almış, 1986-cı ildə Azərbaycan Dövlət Musiqi Məktəbi-ni bitirmişdir. Sahib Şükürov , Nəriman Əliyev , Hacıbaba Hüseynov kimi muğam ustadlarından dərs almışdır. Həmin ildə o, Cabbar Qaryağdıoğlu adına respublika musabiqəsində II yerə layiq görülmüşdür.

1986-cı ildə Azərbaycan Dövlət Filarmoniyasında Zahid Quliyev, Möhlət Müslümov (tar) və Fəxrəddin Dadaşovdan (kamança) ibarət Cabbar Qaryağdıoğlu adına muğam triosu yaradılır. Onlar konsert proqramları ilə dünyanın bir çox ölkələrində çıxış edərək , Azərbaycan muğamını dünyada yüksək səviyyədə təbliğ etmişlər.

Zahid Guliyev bir xanəndə kimi geniş diapozonlu , təmiz və zəngin tembrli səsə, muğam sahəsində dərin biliyə malikdir. Onun repertuarı genişdir. Xanəndənin ifasında “Şur”, “Mahur-Hindi”, “Çahargah”, “Bayatı-Şiraz”, muğam-dəstgahları radionun qızıl fondunda saxlanılır. Fransa və Hollandiyada onun ifasında muğam-dəstgahlardan ibarət bir neçə disk buraxılmışdır.

Filmoqrafiya
Qəzəlxan (film, 1991)


Tarix: 22.01.2013 / 19:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 408 Bölmə: Bəstəkarlar Və Müğənnilər