Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gelin Gulek Bir Azzzzzzzz

Bir həkim xəstəsindən soruşur:
- Oğlum sənin bir qulağını kəssəm nə olar?
Dəli:
- Canım ağrıyar,həkim
- Bəs iki qulağını da kəssəm?..
Dəli:
- Onda görə bilməyəcəm ki?..
Həkim:
- Nə əlaqəsi var oğlum!?
Dəli:
- Necə yəni nə əlaqəsi var?! Eynəyimi harama taxacam?!

İki sevgili parkda gəzirlər. Birdən qız oğlandan soruşur:
- Nə fikirləşirsən sevgilim?
Oğlan romantik şəkildə cavab verir:
- Sənin düşündüyünü düşünürəm sevgilim...
- Yooooxxx.. Çaşarsan ha birdən... Elə şey eləsən səsim batana qədər qışqıraram!!!

Bir gün bir kişi evdə yemək yeyəndə həyat yoldaşı onu arxadan tava ilə vurur. Neyləmişəm mən deyəndə arvadı deyir:
- Cibində kağız tapdım üzərində Daisy yazıb. O kimdi?
-Daisy? eh.. Mən at yarışı oynayıram axı. Bax ordakı atların birinin adıdır.
Həyat yoldaşı:
- Bağışla mən səni çox qısqanıram səni.
Aradan 1 həftə keçəndən sonra yenə arvadı əlində telefon ilə gələrək tava ilə kişini vurur. Kişi deyir:
- Axı bu dəfə nə etmişəm?
Həyat yoldaşı:
- Heç nə. Atın mesaj yazıb al cavab yaz

Müəllim 2 tələbəsinə əsəbiləşib cəza verir ki, öz adlarını 50 dəfə yazsınlar. Tələbələrdən biri deyir:
- Axı bu haqsızlıqdı
Müəllim:
Niyə ki?
- Onun adı Əlidi, mənim adım Məhəmməd.

Bir gün ata oğlunun dua etməsini eşidir:
-Allahım sən atamı, anamı, bacımı, nənəmi qoru!
Ata fikirləşir ki, yəqin uşağın yadından çıxıb babası. Nəsə ertəsi gün baba ölür. Növbəti gün duasında nənəsi uşağın yadından çıxır. Nəticədə növbəti gün nənə ölür. Sonrakı gün uşaq atasının adını duada çəkmir. Ata ehtiyatlı davranır ki, başına bir iş gəlməsin. günün sonunda evə gələndə isə soruşur:
-Arvad, evdə-eşikdə nə var nə yox bu gün?
Arvadı cavab verir:
Bizdə heçnə yoxdu. Amma qonşunun yoldaşı rəhmətə gedib.

Hitler Alman, Fransz və Yəhudi olmaqla 3 əsir ələ keçirir. Onlara hərənizə bir sual verəcəm kim düz tapsa bağışlayacam deyir. Almana sual verir:
-Titanic neçənci ildə batdı?
1912-ci il deyən Alman xilas olur. Fransıza neçə nəfər öldü Titanicdə deyir və 1050 cavabını alır. Fransız da gedir. Yəhudiyə üzünü çevirib "say ölənlərin adını" deyir.
İki dəli imtahana girir. İmtahan qurtarandan sonra çıxır.
Biri o birindən soruşur: necə yazdın? Cavab verir: boş vərəq verdim. Bəs sən?
Mən də heç nə yazmadım boş vərəq verdim. O biri deyir: onda elə biliceylər köçürmüşük

Dovşan avtobusa minir görür yer yoxdu. Deyir kim mənə yer verməsə dünənkini edəcəm.
Ayı qorxur durur ona yer verir. Düşəndə maraqdan özünü saxlaya bilməyib soruşur:
dovşan qardaş dünən neynəmişdiz ki? Heç nə ayaq üstə getmişdim

Bir gün bir restorana kişi gəlir. Qarsona deyir bəs sizin soyuq çayınız var? Qarson deyir yox.
Kişi çıxır gedir. Hər gün bu hadisə 4-5 dəfə təkrar olunur. Axırı qarson bezib restoran sahibinə
məsələni danışır. O da deyir ki, çayı qoy dəmlənsin, sonra qoy soyuducuya, gələndə o
kişiyə ver içsin. Qarson belə də edir. Elə həmin gün kişi gəlir, deyir bala soyuq çayın var?
Qarson yekə-yekə deyir hə. Kişi deyir onda qoy isinsin, gətir içək

Bir qoca arvad küçə ilə yol gedərkən bir məscid görür, məscidin yanında da bir nəzir qutusu görür.
Nəzir qutusuna əli əsə-əsə beş qəpiklik atır və deyir: Ay Allah sən özün ömrümü uzat!
Arvad yolun o tərəfnə keçir bir maşın arvadı vurub sərir yerə.
Ele bu vaxtı bir gənc oğlan da nəzir atmaq istəyəndə arvad can verə-verə başını qaldırıb deyir: A bala ora pul atma, ora işləmi

Həbsxanada bir dustaq digərindən soruşur:
Səni nəyə görə həbs ediblər?
Mən kərpiclə qızıl dükanının şüşəsini qırıb, qızılları oğurlamışam.
Səni cinayət yerində yaxaladılar?
Yox bir gün sonra kərpic dalınca gedəndə.

Yol polisi bir maşını saxlayır və sürücüyə deyir:
-sizi təbrik edirəm, bu günkü yoxlamamız ərzində təhlükəsizlik kəmərindən istifadə edən ilk sürücüsünüz və buna görə də sizə 3000 manat pul hədiyyə edirik. Bəs bu pulnan nə etmək fikrindəsiniz ?
Sürücü deyir: çox təşşəkür edirəm. Mən bu pulnan əvvəlcə özümə prava alacam.
Polis təəcüblə soruşur : Necə ? Sizin pravanız yoxdu ?
Sürücünün yanında oturan arvadı isə: cənab polis, siz ərimə fikir verməyin, o içəndə həmişə belə deyir .
Polis çaşqınlıqla soruşur : necə ? siz içkilisiniz ?
Bu zaman arxada oturan daha 1 nəfər sürücüyə deyir : mən sizə dedim axı oğurluq maşınla gəzməyə getməyək yoxsa problemimiz olar.
Bunu eşidən polis dəli olur və yenə soruşur : necə ? maşın oğurluqdu ?
Bu vaxt maşının baqajından axtarışda olan cianyətkar bir nəfər çıxıb deyir: ayə qağa, nə oldu post qayını keçmədik ?

Kiçik bir uşaq, hamilə bir qadının qarnına toxunaraq:
-Nə var sizin qarnınızda xala?
Qadın:
-Uşağım var,balam,deyə cavab verər.
-Sizin Uşağınızmı?
-Bəli
-Onu sevirsinizmi?
-Bəli
-Çoxmu sevirsiz?
-Bəli balam.
-Elə isə niyə yediz?

Bir narkoman kilsəyə gəlib orda yanan şamlari söndürməyə başlayir.Bunu görən keşiş qaçaraq gəlib şamlari yandirir.Narkoman keşişi itələyib deyir:Sən nə edirsən bu gün mənim ad günümdü.

Bir nəfər meşədə azır.Başlayır qışqırmağa:
-Kömək edin!!!!!!!!
Hiss edir ki, arxadan səs gəlir.Çönüb, görür ki, ayı öz mağarasından çıxır.Ayı deyir:
-Nə olub? Nə qışqır -bağır salmısan?
-Azmışam meşədə! =(
-Bildim də, bəs niyə qışqırırsan?
-Deyirəm bəlkə, kimsə səsimi eşidər.
Ayı qollarını çirmələyərək, kişiyə yaxınlaşaraq deyir:
-Mən eşitdim səni. Sənə bu lazım idi?

Bir nəfər televiziya kanalına məktub yazır: Sizdən xahiş edirəm. Xəbərlər vaxtı ekranın altında heç bir reklam yazısı yazmayın. Arvadım elə bilir karaokedir.

Heyvanalr yığışıb çayda körpü tikmək qərarına gəlirlər. Bütün lazım olan materialları çağırıb qurtarandan sonra Şir hamını çağırıb soruşur ki, sualı olan var, ya yox. Uzunqulaq irəli çıxıb deyir:
- Axı heç demədiz, körpünü çayın uzununa tikəcəyik, yoxsa eninə?

Bir şəxs həkimə sual verir:
-Xəstənin dəli olduğunu necə bilirsiz?
-Vannanı su ilə doldururuq xəstəyə 1 qaşıq, 1 fincan, 1 də vedrə veririk və deyirik ki,hansı ilə boşaldarsan?
-Hə, anladım normal şəxs vedrəni seçər
-Xeyr, normal şəxs vannanın tıxacını cıxardar.

Hacı dayının bir xoruzu vardı. Hər axşam camaat əkin-bikinnən evə dönəndə kişi bu xoruzu tutub var səsiylə qışqırırdı.
-Ay uşaq, habra bir bıçah gətir, xoruzun başını üzüm.
Sonra da xoruzu hinə buraxırdı.
Bir gün arvadı ondan soruşur ki, kişi, bu nə oyundu çıxarırsan?
Hacı dayı deyir:
-Qoy elə bilsinlər, hər axşam xoruz kəsif yeyirik. Yansınnar.

Bir dəfə Çaplindən soruşurlar:
- Öləndən sonra harada olmağınızı arzurladınız - Cənnətdə və ya Cəhənnəmdə?
Aktyor deyir:
- İqlim Cəhətdən,əlbəttə cənnət yaxşıdır.O ki, qaldı yaxşı cəmiyyətə,şəksiz cəhənnəm yaxşıdır.


Tarix: 19.11.2013 / 04:04 Müəllif: Akhundoff Baxılıb: 377 Bölmə: Azeri Letifeler
loading...