beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xoşbəxtlik

Xoşbəxtlik - uşaq kimi davrana bilməkdir.

Xoşbəxtlik - sevdiklərinin əhatəsində olmaqdır.

Xoşbəxtlik - yalansız dünyada yaşamaqdır.

Xoşbəxtlik - dar gündə arxa-dayaq olacaq dost tapa bilməkdir.

Xoşbəxtlik - nifrət hissini dadmamaqdır.

Xoşbəxtlik - sevincini bölüşə bilməkdir.

Xoşbəxtlik - istədiyində hər şeyi silib, yenidən başlaya bilməkdir.

Xoşbəxtlik - sənə edilən pislikləri unuda bilməkdir.

Xoşbəxtlik - səbrli olub hər şeyi gözləyə bilməkdir.

Xoşbəxtlik - hər istədiyini edə bilməkdir. (Əgər bu başqalarına pislik etmək deyilsə).

Xoşbəxtlik - gecələr rahat yatmaqdır, gecələri ağlamadan keçirə bilməkdir.

Xoşbəxtlik - həyatında bütün rənglərin olmasıdır.

Xoşbəxtlik - bütün ailə üzvlərinlə birlikdə süfrə arxasında əyləşə bilməkdir.

Xoşbəxtlik - hər səhər yuxudan oyandığında yaşadığın üçün Allaha şükür edə bilməkdir.

Xoşbəxt olmaq arzusu ilə...


Tarix: 19.11.2013 / 04:04 Müəllif: Akhundoff Baxılıb: 165 Bölmə: Azeri Letifeler