beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Molla bir gecə yuxuda görür ki, bir nəfər gəlib ona deyir:

Molla bir gecə yuxuda görür ki, bir nəfər gəlib ona deyir:
– Molla, mənim rəhmətlik atam sənin rəhmətlik atana on manat
borclu idi. Kişi öləndə vəsiyyət eləmişdi ki, gətirib pulu sənə verəm.
Ancaq çox yoxsul olduğuma görə indiyə kimi gətirə bilməmişəm.
Əvvəla, məni bağışla, ikinci də, vallah, nə qədər əlləşdim on manat
düzəldə bilmədim. Vur-tut doqquz manat düzəldə bilmişəm. Gərək
qəbul eləyib, atama halallıq verəsən.
Molla hirslənir ki:
– Əşi, yekə kişisən... Sən heç düz adama oxşamırsan. Hələ pulu
indiyə kimi yubatmısan, bəs deyil, bir manat da əskik gətirmisən? Heç
elə də şey olar?..
Kişi başlayır yalvarmağa ki:
– Molla, sən gəl doqquz manatı qəbul elə, halallıgını ver!
Molla deyir:
– Sən öləsən, heç on manatdan bir qəpik də əskik olmaz. Halal
eləmərəm.
Kişi nə qədər yalvarırsa, Molla qəbul eləməyib deyir:
– Yox, gərək düz on manat ola.
Bu halda Molla yuxudan oyanır. Baxır ki, əlində bir qəpik də yoxdur.
Tez gözünü yumub deyir:
– A kişi, eybi yoxdu, doqquz manat olsun, ver!..


Tarix: 02.06.2013 / 16:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 132 Bölmə: Azeri Letifeler