beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Molla bir gün özünə bir təzə əba alır.

Molla bir gün özünə bir təzə əba alır. Çiyninə salıb çıxır bazara.
Bir nəfər tanış rast gəlib soruşur:
– Molla əmi, əbanı neçiyə alıbsan?
Molla deyir:
– On manata.
– İki-üç addım getməmiş ikinci bir adam qabağına çıxıb, əbanı
görcək soruşur:
– Molla əmi, əbanı neçiyə alıbsan?
Molla buna da deyir:
– On manata.
Di üçüncü, dördüncü, beşinci... Mollanı lap boğaza yıüırlar. Axırı
kişi təngə gəlib qayıdır evə, soyunur, tir-tab uzanıb özünü vurur ölülüyə.
Arvad haray-dad salır ki, Molla ölüb. Eşidən, bilən yıüışır Mollanın
evinin qabağına. Elə ki bütün camaat yıüışır, Molla yerindən qalxıb
dırmaşır dama, bütün gücünü yıüıb, uca səslə qışqırır:
– Ay camaat, eşidin, bilin, əbanı on manata almışam ey... On manata!


Tarix: 02.06.2013 / 16:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 66 Bölmə: Azeri Letifeler