beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir gün qonşuda ehsan var imiş.

Bir gün qonşuda ehsan var imiş. Molla ehsanda doyunca yeyir, qaranlıq
düşəndən sonra da kəndlərinə gedən bir öküz arabasına minir ki,
evlərinə getsin. Yaxşı yaz havası, Mollanın qarnı tox, arabanın içində
arxası qatda uzanıb göyə baxırmış. Bir az ulduzlara baxıb arabaçıdan
soruşur:
– Görəsən, bu gecə göydə nə var ki, ulduzların hamısı belə çıxıb.
Arabaçı zarafatla deyir:
– Deyəsən, ehsan verirlər.
Molla dik qalxıb oturur ki:
– Tez ol, öküzlərin başın döndər göyə, yoxsa yubanarıq.


Tarix: 01.06.2013 / 19:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 113 Bölmə: Azeri Letifeler