beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xocalı soyqırımıSoyqırım hadisələrinə siyasi qiymət

Bu faktlardan göründüyü kimi, ermənilər öz şovinist məqsədlərinə çatmaq üçün beynəlxalq hüquq normalarına məhəl qoymadan bütün mümkün vasitə və metodlardan istifadə ediblər. Sovet hakimiyyəti illərində ermənilər adət etdikləri metodlarla azərbaycanlıların daimi yaşadıqları Ermənistan SSR-dən çıxarılmasını eləcə də qonşu respublikaların torpaqları hesabına öz ərazilərini böyütməkdə davam ediblər.

Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir.

Bu hadisələrin yalnız birinə – 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cumhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.

31 Mart faciəsi tarixə qanlı bir ləkədir. Bu qanlı ləkə, bu faciə düşmənin üzündəki maskaların düşdüyü və canilərin bütün çılpaqlığı ilə ortaya töküldüyü gündə baş verib. Bu qanlı faciənin gözə çarpan obyektiv mənzərəsi sadəcə kökündən yıxılmaq istəyən böyük bir imreratorluğun çökməsindən ibarətdir.

Hər şeydən əvvəl, hamımızın birinci vəzəfəsi millətimizin üzərindən bu qanlı ləkəni silmək, onları tarix önündə təsvir etmək və bu qanlı ləkəni bir daha təkrar etməmək, onların murdar və maskalı üzlərinə çırpmaqdır. Milli intibah müsəlman Türk düşmənlərinin məzarı və ölümü olacaqdır.

26 mart 1998-ci ildə "Azərbaycanlıların soyqırımı haqqında" Azərbaycan Respublikası prezidenti H.Əliyevin "31 Mart Azərbaycanlıların soyqırımı Günü" kimi qeyd olunması üçün xüsusi fərmanı olmuşdur.
28 mart 2006-cı ildə Azərbaycan Respublikası prezidenti İ.Əliyevin "31 Mart Azərbaycanlıların soyqırımı Günü" münasibətilə Azərbaycan xalqına müraciəti olmuşdur.
Bir daha soyqırımı qurbanlarının əziz xatirəsini dərin hüzn və ehtiramla yad edir, Allahdan onlara rəhmət, yaxınlarına səbr diləyir, xalqımıza səadət, ümummilli vəzifələrimizin həlli yolunda uğurlar arzulayırıq


Tarix: 21.01.2015 / 17:38 Müəllif: Feriska Baxılıb: 40 Bölmə: Azərbaycanlı sülalələr