beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səfəvi-Osmanlı müharibəsi (1603-1618)

21 oktyabr 1603-cü ildə Təbrizdə Osmanlı hakimiyyəti əleyhinə xalq üsyanı başladı. Üsyandan istifadə edən Səfəvi hökmdarı I Şah Abbas qoşunları ilə Təbrizə daxil olaraq Osmanlı qüvvələrini şəhərdən çıxardı. Bununla Səfəvi dövləti ilə Osmanlı arasında növbəti müharibə başlandı. Osmanlı İmperiyası bundan öncəki müharibədə (1578-1590) Səfəviləri məğlub edərək Şimali və Qərbi Azərbaycanı, həmçinin Cənubi Azərbaycanın bir hissəsini (Təbriz, Marağa) ələ keçirmişdi. Yeni müharibə Səfəvilərin üstünlüyü ilə keçdi və I Şah Abbas sələfi Məhəmməd Xudabəndin itirdiyi torpaqları geri aldı.

8 iyun 1604-cü ildə I Şah Abbasın qoşunları İrəvan qalasını ələ keçirdi. Osmanlının nəzarətindən çıxan İrəvanın idarəçiliyi Əmirgünə xan Qacara verildi. Bundan bir qədər əvvəl Səfəvi qoşunları Təbrizi Osmanlıdan geri almışdı. 1580-ci illərdə tərəflər arasındakı müharibədə Azərbaycan, demək olar ki, bütünlüklə (Talış bölgəsi və Ərdəbil istisna olmaqla) Osmanlının nəzarətinə keçmiş və bu, 1590-cı ildə İstanbul sülh müqaviləsi ilə təsbitlənmişdi.


Tarix: 21.01.2015 / 14:19 Müəllif: Feriska Baxılıb: 16 Bölmə: Azərbaycanlı sülalələr