beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xanbaba mirzə Qovanlı-Qacar

Həyatı
Təəssüf ki, şahzadə Xanbabaxan Bəhmən Mirzə oğlunun təvəllüd tarixini dəqiqləşdirmək mümkün olmadı. 1866-cı ildə M. F. Axundov böyük qızı Seyrəbəyimi Qacar şahzadələrindən Bəhmən Mirzənin oğlu Xanbaba xana ərə verir. Altı ildən sonra Seyrəbəyim vəfat edərək iki uşağı yetim qalmışdır. Bu hadisədən bərk sarsılan M. F. Axundov ölən qızından yetim qalan körpə nəvələrinin anasızlığını hiss etməmələri üçün kürəkənin gözəl əxlaqi keyfiyyətlərə malik bir gənc olmasını nəzərə alaraq ikinci qızı Nisə xanımı da Xanbaba xana ərə verir. Bəzi tədqiqatçılar yanlış olaraq bu uşaqların Nisə xanımdan olduğunu qeyd edirlər. M. Qacar isə Nisə xanımın doğma qızıdır.

Tiflisdə dərc olunan "Zarya Vostoka" qəzeti 1926-cı il nömrələrində iki gün (11, 12 noyabrda) dalbadal onun ölümü haqqında nekroloq vermişdir: "Uzun sürən ağır xəstəlikdən sonra Şahzadə Bəhmən Mirzənin oğlu mərhum Mirzə Fətəli Axundovun kürəkəni polkovnik Xanbabaxan Qacar vəfat etdi. Cənazə Krılov küçəsindəki üç nömrəli evdən götürüləcək. Dəfn mərasimi bir nömrəli müsəlman qəbristanlığında olacaq"..


Tarix: 19.01.2015 / 15:14 Müəllif: Feriska Baxılıb: 53 Bölmə: Azərbaycanlı sülalələr