beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qazıxanlı

Tarixi
Qazıxanlı - Kəlbəcər rayonunda dağətəyi ərazidədir. Bu yaşayış məntəqəsini XIX əsrdə indiki Laçın rayonu ərazisində mövcud olmuş Qazıxanlı kəndindən köçmüş əhali salmışdır. Laçın rayonunun Zerti kəndi yaxınlığında Qazıxanlı yeri adlı köhnə kənd yeri də mövcuddur. Qazıxanlı nəsil adıdır. Qızılbaş tayfalarından sayılan təkəli tayfasının əmirlərindən biri Çərkəs Həsənin oğlu Qazı xan olmuşdur. Atası Urmi (Urmiya) hakimi idi və Div Sultanın əmri ilə öldürülmüşdü. Qazı xan Hüseyn xandan sonra Herat hakimi və Bəhram Mirzənin lələsi oldu, sonralar Ruma getdi. Sultan Süleyman İraq hakimiyyətini ona əta etdi və 947-ci ildə (8.I. 1540 - 26. IV. 1541) beş min nəfərlə o diyardan qaçıb Şah I Təhmasibin hüzuruna gəldi və Şirvanın Bakı, Salyan və Mahmudabad şəhərlərinin hakimi oldu və Alxas Mirzənin təhriki, Şah I Təhmasibin fərmanı ilə öldürüldü. Qazı xan Təkəli 1534-cü ildə Osmanlı hökmdarı Sultan Süleymanın Azərbaycana birinci yürüşü zamanı şaha xəyanət edib Osmanlıların tərəfinə keçmişdi. Qazı xan 1540-cı ildə Bakıya hücum edib çətinliklə şəhəri tutmuş, əhalinin bir hissəsini qılıncdan keçirmişdi. Mülahizələrə görə, Qazıxanlı etnonimi Qazı xanın adı ilə bağlıdır.


Tarix: 09.01.2015 / 18:06 Müəllif: Feriska Baxılıb: 60 Bölmə: Azərbaycan toponimləri