beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təbii sərvətləri

Arattanın təbii sərvətləri haqqında geniş məlumat verilməsə də, lacivərdin məhz Arattadan gətirildiyi qeyd edilir. Məlum olur ki, Aratta əhalisi lacivərd çıxarılması və yonulması ilə məşğul olurdu. Azərbaycanda lacivərd yataqlarının olması barədə orta əsr coğrafiyaşünası Həmdulla Qəzvini (XIV əsr) yazırdı: "Lacivərdin ən yaxşı yataqları Bədəxşandadır (Əfqanıstan). Lakin bir yataq Mazandaranda (Xəzərin cənub şərqi) və Azərbaycandakı Dizmarda (Təbriz yaxınlığında), digəri Kirmanda vardır". Yəqin ki, qədim zamanlarda Bədəxşandan da lacivərd gətirilir, Arattada boşaldılır və buradan İkiçayarasına ixrac edilirmiş. Eyni zamanda Mazandaran və Azərbaycandakı lacivərd yataqları da Arattanın nəzarəti altında idi.


Tarix: 06.01.2015 / 19:34 Müəllif: Feriska Baxılıb: 17 Bölmə: Aratta