Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İdarəçilik

Arattada mövud olan siyasi və ideoloji şərait şumer məfhumları vasitəsilə əks olunmuşdur. Ölkəni ensi rütbəsi daşıyan hökmdar idarə edirdi. Şumerdə bu rütbə ali kahin – hökmdara şamil edilirdi. Ensi rütbəsinin Aratta dilində rütbəsi qalmamışdır. Qaynaq Arattanı "saf ənənələr ölkəsi" adlandırır. Arattanın dövlət idarələri şəhərlərdə yerləşir, hökmdar sarayda oturur və dövləti idarə edirdi. Əsilzadə təbəqəsinə daxil olan maşmaş (kahin-vəzir), sukkal (elçi-kiçik hökmdar, əyalət hakimi), uqula (rəis) və başqaları dövlət idarələrinin qulluqçuları olmuşlar. Arattada dövlət idarəsində mirzələr də çalışırdılar. Onlar həm Şumer hökmdarına cavab yazır, həm də En-Merkarın şumer dilində yazdığı məktubları tərcümə edirdilər. Göründüyü kimi, Aratta dövlət idarələri şumer mixi işarələri və şumer dili ilə tanış idi. Şumer ilə Aratta arasında əlaqə qasid vasitəsi ilə həyata keçirilirdi.


Tarix: 06.01.2015 / 19:33 Müəllif: Feriska Baxılıb: 35 Bölmə: Aratta
loading...