Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Arattaİdarəçilik

Arattada mövud olan siyasi və ideoloji şərait şumer məfhumları vasitəsilə əks olunmuşdur. Ölkəni ensi rütbəsi daşıyan hökmdar idarə edirdi. Şumerdə bu rütbə ali kahin – hökmdara şamil edilirdi. Ensi rütbəsinin Aratta dilində rütbəsi qalmamışdır. Qaynaq Arattanı "saf ənənələr ölkəsi" adlandırır. Arattanın dövlət idarələri şəhərlərdə yerləşir, hökmdar sarayda oturur və dövləti idarə edirdi. Əsilzadə təbəqəsinə daxil olan maşmaş (kahin-vəzir), sukkal (elçi-kiçik hökmdar, əyalət hakimi), uqula (rəis) və başqaları dövlət idarələrinin qulluqçuları olmuşlar. Arattada dövlət idarəsində mirzələr də çalışırdılar. Onlar həm Şumer hökmdarına cavab yazır, həm də En-Merkarın şumer dilində yazdığı məktubları tərcümə edirdilər. Göründüyü kimi, Aratta dövlət idarələri şumer mixi işarələri və Ardı »

ArattaAratta əhalisinin məşğuliyyəti

Zəngin yeraltı faydalı sərvətləri olan Aratta ölkəsinin əhalisi qızıl, gümüş, mis, dağ daşı, qiymətli lacivərd daşı hasil edirdi. Qiymətli metallardan hazırlanmış əşyalar və lacivərd daşı İkiçayarasına ixrac edilirdi. Aratta əhalisi əsasən sənətkarlığın müxtəlif sahələri ilə məşğul olurdu. Burada məbəd və saray tikən, divarlara qiymətli daşlardan naxışlar vuran mahir ustalar vardı. Arattalılar qiymətli metal və daşlardan nadir zinət əşyaları hazırlayırdılar. Qaynaqdan bəlli olur ki, En-Merkar Aratta ustalarının Uruka gəlməsini ilahə İnannadan xahiş edir: "Xanımım İnanna, Aratta adamları qoy mənə qızılı və gümüşü ustalıqla emal etsinlər, təmiz lacivərd parçalarından, qızıl-gümüş qatışığından... Urukda, açıq təpədə sən yaşadığın "Anşan evi"ndə qoy məbəd tiksinlər. İşıqlı Giparın Ardı »

ArattaAratta

Aratta – Azərbaycan ərazisində (Güney Azərbaycanda) e.ə. III minilliyin I yarısında meydana gəlmiş ilk dövlət qurumu. Aratta tarixinə dair olan məlumatlar yarı əfsanəvi xarakter daşıyır.

Arratanın ərazisi Urmiya gölünün cənub və cənub-şərq ərazilərini əhatə edirdi. Diyala çayının yuxarı axarı və müasir Zəncan-Qəzvin ərazisi Arattanın aşağı sərhəddini təşkil edirdi. Aratta dövləti İkiçayarası (Mesopotamiya) şəhər dövlətləri ilə iqtisadi, siyasi və mədəni əlaqələrə girmişdi. Ardı »

ArattaArattanın tarixinə dair qaynaqlar

Aratta dövləti ilə əlaqədar (e.ə. III minilliyin I yarısı) hadisələr və məlumatlar bir neçə şumer dastanında əks olunmuşdur. Onlar aşağıdakılardır:

En-Merkar və Aratta hökmdarı
En-Merkar və En-Sukuşsiranna
En-Merkar və Luqalbanda
Luqalbanda və Hurrum dağı Ardı »

ArattaAratta dövlətinin ərazisi

Arattanın coğrafi mövqeyi və yerləşdiyi ərazi haqqında müxtəlif fərziyyə və mülahizələr irəli sürülüb. Erməni tarixçiləri XIX əsrdən başlayaraq Aratta sözünü Ayrarat (Ayrorat, daha dəqiqi Ararat) kimi təhrif edərək Ağrı dağı ətrafında (Şərqi Anadoluda) lokalizə etməyə çalışmış və Aratta dövlətinin ən qədim erməni dövləti olduğunu qeyd etmişlər (hər nə qədər ermənilərin (ərmənlər) və ermən tarixinin haylarla yaxından-uzaqdan əlaqəsi olmasa da). Lakin Arattanı təsvir edən qədim qaynaqlardakı təbii-coğrafi şərait və faydalı qazıntı yataqlarının heç biri Şərqi Anadoluda olmadığından ermənilərin bu əsassız iddialarının tarixi saxtalaşdırmaq cəhdindən başqa bir şey olmadığı və heç bir elmi mənbəyə əsaslanmadığı üzə çıxır. Şumer dastanları qiymətli lacivərd daşının Arattadan Ardı »

ArattaŞumerlə əlaqələr

Dastanlara görə Uruk (Şumer şəhər dövləti) ilə Aratta arasında əlaqələr gah düşmənçilik, gah dinc, gah dostluq xarakteri daşıyır. En-Merkar (Uruk hökmdarı) Arattanın Uruka tabe olmasını tələb edir. Aratta hökmdarı da öz növbəsində Uruku Arattaya tabe etmək üçün tədbirlər görür. Lakin sami tayfaları Uruk şəhərini mühasirə edən zaman En-Merkar hərbi yardım almaq üçün Aratta hökmdarına müraciət edir. Şumerlər Uruk şəhərindəki məbədləri bərpa etmək üçün tikinti materiallarına, qiymətli metal və daşlara ehtiyac duyurdular. Uruk hökmdarı En-Merkar bu materialların Arattadan gətirilməsini istəyirdi. O, Aratta hökmdarı ilə yazışmalar aparır, qasidlər göndərir və hətta bu ölkəyə səfər edir. Şumerlə Aratta arasında bəzən siyasi rəqabət güclənirdi. Aratta Ardı »

ArattaTəbii sərvətləri

Arattanın təbii sərvətləri haqqında geniş məlumat verilməsə də, lacivərdin məhz Arattadan gətirildiyi qeyd edilir. Məlum olur ki, Aratta əhalisi lacivərd çıxarılması və yonulması ilə məşğul olurdu. Azərbaycanda lacivərd yataqlarının olması barədə orta əsr coğrafiyaşünası Həmdulla Qəzvini (XIV əsr) yazırdı: "Lacivərdin ən yaxşı yataqları Bədəxşandadır (Əfqanıstan). Lakin bir yataq Mazandaranda (Xəzərin cənub şərqi) və Azərbaycandakı Dizmarda (Təbriz yaxınlığında), digəri Kirmanda vardır". Yəqin ki, qədim zamanlarda Bədəxşandan da lacivərd gətirilir, Arattada boşaldılır və buradan İkiçayarasına ixrac edilirmiş. Eyni zamanda Mazandaran və Azərbaycandakı lacivərd yataqları da Arattanın nəzarəti altında idi. Ardı »

ArattaArattada din

Arattada çoxallahlılıq (politeizm), yəni müxtəlif tanrı və tanrıçalara (ilahələrə) sitayiş mövud idi. Qaynaqdan göründüyü kimi Şumerdə bərəkət və məhəbbət ilahəsi hesab edilən İnannaya ibadət geniş yayılmışdı. İnannanın Arattada müqbil adı məlum deyil. Akkadlar bu ilahəni İştar adlandırırdılar. Qaynaqlarda Aratta ilə əlaqədar adı çəkilən digər bir ilahə Lamadır. İlahə Lama Arattanın mühafizəkarı hesab edilirdi. O, sırf Aratta ilahəsi imiş. Şumer tanrısı Dumuzi həmçinin Arattaya himayədarlıq edirdi. Ola bilsin ki, Aratta panteonuna ilahə başçılıq edirdi və nəsli quruluşun qalıqları Arattanın dini dünya görüşündə də öz əksini tapmışdı. Ardı »