beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əl-Xaliq

Əl-Xaliq (ər. الخالق) — Allahın adlarından biri.

Yoxdan var edən, yaratdığı hər şeyin bütün incəliklərini bilən, məxluqatına verdiyi ömür ərzində onların görəcəyi halı, hər hadisəni təsbit edən deməkdir.

"Yaratmaq" mövcud olmayan bir şeyi meydana gətirməkdir. Bu mənada yeganə yaradıcı Allahdır. İnsanın ortaya qoyduqları isə, yaratmaq deyil, mövcud olanlardan yeni şeylər düzəltməkdir.

Kainatdakı hər şey Onun "Kun və yəkun" ("Ol!") əmrinə tabedir: "Bir şeyi (yaratmaq) istədiyi zaman (Allahın) buyurduğu ona ancaq: "Ol!" deməkdir. O da dərhal olar"[1]. Ən kiçik zərrəciklərdən qalaktikalaradək hər şey Onun bu əmrinin nəticəsidir.

Uca Yaradanın "əl-Xaliq" adı Qurani-Kərimdə səkkiz yerdə keçmişdir. Yüz əllidən çox ayədə isə, "yaratdı, yaradar" şəklində Allahın yaratmasından bəhs edilir: "And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq!"[


Tarix: 24.02.2013 / 17:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 386 Bölmə: ALLAH