Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əl-Muzil

Əl-Muzil (ər. المذل) — Allahın adlarından biri.

Elə isə yer üzündə dörd ay gəzib dolaşın və bilin ki, siz (müşriklər) Allahdan yaxa qurtara bilməyəcəksiniz və Allah kafirləri rüsvay edəcəkdir. [1]

Xor və alçaq edilmə, Allahın inkarçıları uğratdığı "dünya əzabı"nın bir hissəsidir. Bütün həyatlarını başqalarına nümayiş etdirmək, onlardan təqdir almaq üçün davam etdirən inkarçılar üçün 'xor və alçaq qılınma' son dərəcə böyük bir əzabdır. Allah Quranda dünyada verilən bu əzabın xüsusiyyətini belə bildirir:

Onlardan əvvəlkilər də (peyğəmbərləri) yalançı saymışdılar və (buna görə) əzab da onlara gözləmədikləri yerdən gəldi. Allah onlara dünya həyatında rüsvayçılığı daddırdı. Axirət əzabı isə daha böyükdür. Kaş ki, biləydilər! [2]

Allah bu xor və alçaq qılan sifətini möminlərin və xüsusilə də elçinin əliylə göstərər. Bu gerçəyə Quranda belə işarə edilib: ... Allah sizin əllərinizlə onlara əzab versin, onları rüsvay etsin, sizə onların üzərində qələbə çaldırsın, mömin camaatın qəlbini sevindirsin və möminlərin qəlbindən qəzəbi silib aparsın. Allah istədiyi kəsin tövbəsini qəbul edər. Allah Biləndir, Müdrikdir. [3]Quranda bizə bildirildiyinə görə, Hz. Süleyman öz iqtidarında, inkarçıların ürəklərinə qorxu salmış və onları xor və alçaq etmişdir. Hz. Süleyman inkarçı qövmə göndərdiyi mesajda belə demişdi:

Onların yanına qayıt! Biz onların üstünə qarşısında dura bilməyəcəkləri bir ordu ilə gəlib onları oradan zəlil və alçalmış vəziyyətdə çıxardarıq!" [4]

Bundan başqa Allah bir çox ayəsində, axirətdə inkarçılara alçaldıcı bir əzab olduğunu xəbər verir. Bu, inkarçıların dünya həyatındakı qürur və böyüklənmələrinə qarşılıq Allahın təqdir etdiyi bir cəzadır. Çünki dünya həyatında inkarçıların ən böyük hədəflərindən biri, başqa insanlar tərəfindən təqdir edilməkdir. Bu səbəblə də həyatlarını Allahı tərifləməklə deyil, özlərinə tərif yığmaqla keçirərlər. Allah da bu istəklərinə qarşılıq olaraq cəhənnəmdəki əzablarını bunun üzərinə qurmuşdur. Cəhənnəmdə ən böyük alçaldılmanı isə insanların qarşısında alçaldılınca yaşayacaqlar. Bir ayədə belə buyrulur:

Kafirlər Odun qarşısına gətiriləcəkləri gün (onlara deyiləcəkdir:) "Siz dünya həyatınızda pak nemətlərinizi sərf edib qurtardınız və onlardan zövq aldınız. Bu gün isə siz yer üzündə haqsız olaraq təkəbbür göstərdiyinizə və asi olduğunuza görə alçaldıcı əzabla cəzalandırılacaqsınız!" [5]

Allahın cəhənnəmdə hazırladığı alçaldılma bənzərsizdir və minlərlə növü vardır. Cəhənnəmdəki bu alçaldılmanın inkarçıların ruhunda yaratdığı kiçilmişlik, üzlərinə də əks olunar, üzlərini bir zillət örtər: Mövzuyla əlaqədar ayələr belədir:

O gün (neçə-neçə) üzlər zəlil olub yerə dikiləcək. [6]

Pis işlər görənlərə isə pisliyin cəzası onun misli qədər verilər. Onları zillət bürüyər. Onları Allahdan qoruya bilən bir kimsə də yoxdur. Onların üzləri sanki zülmət gecənin parçalarına bürünmüşdür. Onlar Od sakinləridir və orada əbədi qalacaqlar.


Tarix: 24.02.2013 / 17:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 471 Bölmə: ALLAH
loading...